Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Z


 

Zamanova Narınc Əşrəf qızı

 

1908-ci il Göyçay şəhərində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Zamanov Nəzər Mövsüm oğlu -1901-ci il, oğlanları Zamanov Əli Həsən Nəzər oğlu - 1925-ci il, Adil - 1930-cu il, qızları Zamanova Səyyarə Nəzər qızı - 1927-ci il, Elmira - 1931-ci il təvəllüdlü. Oğlu Zamanov Əli Hüseyn Nəzər oğlu (1922) 22 yanvar 1945-ci ildə 6-cı Ordunun Hərbi Tribunalı tərəfindən düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Zamanov Narınc Əşrəf qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə repressiyaya məruz qalmışdır. SSRİ XDİK Xüsusi Müşavirəsinin 24 noyabr 1945-ci il ta­rixli qərarına əsasən Zamanov Narınc Əşrəf qızı vətən xaininin anası kimi 5 il müddətinə Qazaxstanın Semipalatinski vilayətinə sürgün edilmişdir.

 

 

 

Zamanova Səyyarə Nəzər qızı

 

1927-ci il Göyçay şəhərində anadan olmuşdur. Ailə tərkibi: anası Zamanova Narınc Əşrəf qızı - 1908-ci il, atası Zamanov Nəzər Mövsüm oğlu - 1901-ci il, bacısı Elmira - 1931-ci il, qardaşları Əlihəsən - 1925-ci il, Adil - 1930-cu il təvəllüdlü. Zamanov Əli Hüseyn Nəzər oğlu (1922) 22 yanvar 1945-ci ildə 6-cı Ordunun Hərbi Tribunalı tərəfindən düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Zamanova Səyyarə Nəzər qızı vətən xaininin bacısı kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə repressiyaya məruz qalmışdır. SSRİ XDİK Xüsusi Müşavirəsinin 24 noyabr 1945-ci il ta­rixli qərarına əsasən Zamanova Səyyarə Nəzər qızı vətən xai­ninin bacısı kimi 5 il müddətinə Qazaxstanın Semipalatinski vilayətinə sürgün edilmişdir.

 

 

 

Zeynallı-Şərifova Səyyarə Səttar qızı

 

1907-ci il oktyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. Ali təhsilli idi. Ailə tərkibi: oğlu Azər Hənifə oğlu - 1930-cu il, qızı Zenfira -1933-cü il təvəllüdlü. Həyat yoldaşı Hənifə Baba oğlu 27 yanvar 1937-ci ildə həbs edilmiş və SSRİ Ali Məhkəməsinin 12 oktyabr 1937-ci il tarixdə Bakı şəhərində keçirilən 15 dəqiqəlik Səyyar Hərbi Kollegiyasının qapalı məhkəmə iclasının hökmü ilə güllələnməyə məhkum edilmişdir. Zeynalova Səyyarə Səttar qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 15 oktyabr 1937-ci ildə həbs edilmişdir. SSRİ XDİK yanında Xüsusi Müşavirəsinin 9 dekabr 1937-ci il tarixli qərarına əsasən Zeynallı Səyyarə Səttar qızı 8 il müddətinə azadlıqdan mərhum edilmişdir. Sürgündən sonra Zaqatala rayonunda yaşayıb. Zeynallı Səyyarə Səttar qızı 1952-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinə müraciət edərək məhkumluğunun üzərindən götürülməsini xahiş etmişdir. Lakin SSRİ DTN yanında Xüsusi Müşavirə 6 avqust 1952-ci il tarixli qərarı ilə həmin xahişi rədd edib. Zeynallı Səyyarə Səttar qızına Azərbaycan SSR Ali Məhkəməsinin 17 fevral 1956-cı il qərarı ilə bəraət verilmişdir.

 

 

 

Zeynalova  Xanım  Mustafa qızı

 

1885-ci ildə Ermənistanın Kolanlı kəndində anadan olmuş, Bakı, 8-ci Zavodskoy ev № 1 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Yaqub Əsgər oğlu - 16 yaş, gəlini Məryəm Əsəd qızı. Oğlu Zeynalova Həsən Əsgər oğlu əksinqilabi fəaliyyətinə görə vətən xaini kimi həbs edilmişdir. Zeynalova Xanım Mustafa qızı Azərbaycan SSR CM-nin 74 maddəsilə SSRİ XDİK-nin 20 fevral 1939-cu il qərarına əsasən vətən xaininin anası kimi həbs edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 4 sentyabr 1963-cü il qərarına əsasən Zeynalova Xanım Mustafa qızına bəraət verilmişdir.

 

 

 

Zeynalova Nənəş Qara qızı

 

1910-cu il Astraxan-Bazar (Cəlilabad) rayonunun Kezbulaq kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Zeynalov Balaxan Əli oğlu - 1936-cı il, Sərxan -1941-ci il, qızı Sərfinaz Əli qızı - 1939-cu il təvəllüdlü. Həyat yoldaşı Zeynalov Ərşad Xudu oğlu (1914) 6 iyun 1942-ci ildə Bakı Hava Hücumundan Müdafiə Ordusunun Hərbi Tribunalı tərəfindən ordudan qaçdığına görə güllələnməyə məhkum edilmişdir. 13 oktyabr 1942-ci ildə 379 №-li əmrlə güllələnmə 10 il işlə əvəz edilmişdir. Zeynalova Nənəş Qara qızı Azərbaycan SSR CM-nin 63-3-cü maddəsi ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 13 noyabr 1942-ci il qərarına əsasən Zeynalova Nənəş Qara qızının işinə xitam verilmişdir.

 

 

 

Zeynalova Bikə Qiyas qızı

 

1889-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Kooperativ küç, ev 285 (Sabunçu rayonu, Axund Şeyx Hüseyn küçəsi) ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Firqət -18 yaş, Dadaş - 14 yaş, Zeynal -12 yaş, qızı İradə - 21 yaşında. Həyat yoldaşı Baladadaş - 55 yaşında. Zeynalova Bikə Qiyas qızı antisovet fəaliyyətinə, əksinqilabi baxışlarına görə 04.12.1939-cu il tarixdə 341-ci Bakı qarnizonu Hərbi Tribunalının qərarına əsasən Azərbaycan SSR CM-nin 72 maddəsinin I hissəsilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmişdir.

 

 

 

Zeynalova Sarıma Mikayıl qızı

 

1916-cı ildə Qusar rayonunun Urva kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Abdulxalıq - 1941-ci il, qızı Şavilya -1939-cu il təvəllüdlü. Həyat yoldaşı Zeynalov Azan Abdulla Cabbar oğlu 1941-ci ilin sentyabr ayında Qızıl Ordu sıralarına səfərbər edilmiş, 13.02.1942-ci il tarixdə 17-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Zeynalova Sarıma Mikayıl qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin CM-nin 63-3-cü maddənin 21.11.1942-ci il tarixli qərarına əsasən 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Zeynalova Sarıma Mikayıl qızına bəraət verilmişdir.

 

 

 

Zeynəb Hacı Əhməd qızı

 

1896-ci ildə Balakən rayonunda anadan olmuşdur. Ailə tərkibi: qızları Asa Molla Şərif qızı, Uzminat - 1924 -ci il, Asa - 1911-ci il, oğlanları Hacı - 1919-cu il, İsmayıl Xankişi - 1925-ci il təvellüdlü. Həyat yoldaşı Molla Şərif Qazıyev 1930-cu il aprel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Zeynəb Hacı Əhməd qızı 1930-cu ildə aprel üsyanının fəal iştirakçısının həyat yoldaşı kimi 9 fevral 1931-ci ildə həbs edilmiş Zaqafqaziya Fövqəladə Üçlüyünün 9 mart 1931-ci il qərarı ilə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 5 iyul 1990-cı il rəyinə əsasən Zeynəb Hacı Əhməd qızına bəraət verilmişdir.

 

 

 

Zeynalova Tükəzban Əlisultan qızı

 

1908-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Məmmədyarov küçəsi 31 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Zeynal Ələkbərov - 16 yaş, Zeynalov Tofiq - 10 yaşında. Həyat yoldaşı Zeynalov Əliağa Ələkbər oğlu (47 yaş) əksinqilabi təbliğat apardığına görə həbs edilmişdir. Zeynalova Tükəzban Əlisultan qızı Azərbaycan SSR CM-nin 72 maddənini II hissəsi ilə təqsirili bilinərək 8 avqust 1941-ci ildə həbs edilmişdir. SSRİ XDİK Xüsusi Müşavirəsinin 25 sentyabr 1943-cü il qərarına əsasən Zeynalova Tükəzban Əlisultan qızının qardaşı Qızıl Orduda olduğuna görə azad edilmişdir.

 

 

 

Zeynəb Hacı Əhməd qızı

 

1896-ci ildə Balakən rayonunda anadan olmuşdur. Ailə tərkibi: qızları Asa Molla Şərif qızı, Uzminat - 1924-cü il, Asa - 1911-ci il, oğlanları Hacı - 1919-cu il, İsmayıl Xankişi -1925-ci il təvəllüdlü. Həyat yoldaşı Molla Şərif Qazıyev 1930-cu il aprel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Zeynəb Hacı Əhməd qızı 1930-cu ildə aprel üsyanının fəal iştirakçısının həyat yoldaşı kimi 9 fevral 1931-ci ildə həbs edilmiş, Zaqafqaziya Fövqəladə Üçlüyünün 9 mart 1931-ci il qərarı ilə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 5 iyul 1990-cı il rəyinə əsasən Zeynəb Hacı Əhməd qızına bəraət verilmişdir.

 

 

 

Zeynalova-Kaçayeva Məryəm Əsəd qızı

 

1914-cü ildə Quba şəhərində anadan olmuşdur. Orta təhsilli idi. Ailə tərkibi: həyat yoldaşı Zeynalov Həsən Əsgər oğlu əksinqilabi fəaliyyətinə görə həbs edilmişdir. Zeynalova-Kaçayeva Məryəm Əsəd qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsi tərəfindən Azərbaycan SSR CM-nin 74 maddələri ilə təqsirli bilinərək 20 fevral 1939-cu ildə həbs edilmişdir. Azərbaycan SSR Ali Məhkəmənin Cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 4 sentyabr 1963-cü il qərarına əsasən Zeynalova-Kaçayeva Məryəm Əsəd qızına bəraət verilmişdir.

 

 

 

Zeynəb Mustafa qızı

 

1885-ci il Zaqatala rayonunun Balakən kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Ailət - 1920-ci il təvəllüdlü. Həyat yoldaşı Nadir Hacı Abdulla oğlu (1890) əksinqilabi təbliğatçı kimi həbs edilmişdir. Zeynəb Mustafa qızı Azərbaycan Dövlət Siyasi İdarəsi Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən 18 mart 1931-ci ildən qızı ilə birlikdə əksinqilabçı kimi Qazax­stana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 25 fevral 1992-ci il rəyinə əsasən Zeynəb Mustafa qızına bəraət verilmişdir.

 

 

 

Zərgərova Dünya Məmmədəli qızı

 

1910-cu ildə Lənkəran rayonunun Arababirxanlı kəndində anadan olmuş, Salyan rayonu Lenin küçəsi, ev 45 ünvanında yaşamışdır. Ailə tərkibi: qızları Böyük-1933-cü il, Balacaxanım - 1935-ci il təvəllüdlü. Həyat yoldaşı Zərgərov Miriş Hüseynbala oğlu 07.01.1938-ci il tarixdə əksinqilabi-millətçi təşkilatının fəal iştirakçısı olduğuna görə Azərbaycan SSR Ali Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən həbs edilmişdir. Zərgərova Dünya Məmmədəli qızı 02.01.1938-ci il tarixdə həbs edilmiş, 09.04.1938-ci il tarixdə XDİK tərəfindən Azərbaycan SSR CM-nin 72, 73-cü maddəsilə vətən xaini­nin həyat yoldaşı kimi təqsirli bilinərək cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 14.03.1990-cı il tarixli rəyinə əsasən Zərgərova Dünya Məmmədəli qızına bəraət verilmişdir.

 

 

 

Zəkiyeva Xansənəm İdris qızı

 

1922-ci ildə Azərbaycan SSR Qonaqkənd rayonunun Səfi kəndində anadan olmuş, Lökbatan qəsəbəsi, korpus 147, mənzil 14 ünvanında yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı Zəkiyev Şıxbala Gülbala oğlu  1910-cu il, qaynatası Mikayılov Gülbala Zəki oğlu - 1872-ci il təvəlüdlü. Qaynı Zəkiyev Mirbaba Gülbala oğlu (1923) 17 mart 1942-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 23 sentyabr 1942-ci ildə 32-ci atıcı diviziyasının Hərbi Tribunalı tərəfindən düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Zəkiyeva Xansənəm İdris qızı SSRİ XDİK-nin qərarına əsasən Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə təqsirli bilinərək 6 fevral 1943-cü ildə vətən xaininin ailə üzvü kimi repressiyaya məruz qalmış, qaynı Qızıl Orduda yaralandığına görə işinə xitam verilmişdir.

 

 

 

Züleyxa Məhərrəm qızı

 

1872-ci ildə Nuxa rayonunun Oxut kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Qurban Əhməd oğlu 40 yaş, Məhərrəm - 18 yaşında, 30-cu illərdə üsyanın iştirakçısı kimi həbs edilmişdir. Züleyxa Məhərrəm qızı Azərbaycan SSR CM-nin 18/79 maddəleri ilə təqsirli bilinərək Azərbaycan Dövlət Siyasi İdarəsi Nuxa Rayon Şöbəsi tərəfindən təqsirli bilinərək 19 iyul 1932-ci il tarixdə həbs olunmuşdur. Azərbaycan Dövlət Siyasi İdarəsi Nuxa Şehər Şöbəsinin 20 oktyabr 1932-ci il qərarına əsasən Züleyxa Məhərrəm qızının əməlində cinayət tərkibi olmadığı üçün işinə xitam verilmişdir.

 

 

 

Zülfüqarova Ayna Bala qızı

 

1878-ci ildə Quba rayonunun Çiçi kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Müzəffər İbrahim oğlu 1941-ci ilin sentyabrında Qızıl Orduya çağırılıb. 4 mart 1942-ci ildə Primorsk Ordusunun Hərbi Tribunalının XDİK Quba rayon şöbəsinə 778-ci atıcı alayının keçmiş əsgəri Zülfüqarov Müzəffər İbrahimin güllələnməsi haqqında cinayət işi daxil olmuşdur. Zülfüqarova Ayna Bala qızı vətən xaininin anası kimi 30 oktyabr 1942-ci ildə Azerbaycan SSR CM-nin 63-3-cü maddələrinin II hissəsi ilə təqsirləndirilib. SSRİ XDİK Xüsusi Müşavirəsinin 11 iyul 1942-ci il qərarına əsasən vətən xaininin anası kimi 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 24 iyul 1946-cı il rəyinə əsasən göstərilmişdir ki, Zülfüqarova Ayna Bala qızı 27 iyul 1946-cı il cəzasının qalan hissəsini yaşadığı Quba rayonunun Çiçi kəndində çəksin. Azərbaycan SSR Prokurorluğunun 19 noyabr 1990-cı il rəyinə əsasən Zülfüqarova Ayna Bala qızına bəraət verilmişdir.

 

 

 

Zülfüqarova Zeynəb Nadir qızı

 

1911-ci ildə Əmircan kəndində anadan olmuş, Bakı şəhəri, Əmircan kəndi, 9 yanvar küçəsi 37, ev 22 (Sabunçu rayonu, Vasif Dadaş küçəsi) ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Alik - 2 yaşında. Həyat yoldaşı Zülfüqarov Məmməd İsa oğlu 03.01.1938-ci il tarixdə Azərbaycan SSR Ali Məhkəmənin Hərbi Kollegiyası tərəfindən əksinqilabi-millətçi teşkilatının fəal iştirakçısı olduğu üçün tutulmuşdur. Zülfüqarova Zeynəb Nadir qızı XDİK Xüsusi Müşavirəsinin 05.10.1937-ci il tarixli qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək 09.04.1938-ci il tarixdə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 22.02.1956-cı il tarixli qərarına əsasən Zülfüqarova Zeynəb Nadir qızına bəraət verilmişdir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb