Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 

Nizami Muradoğlu (Məmmədov)

Mən, Məmmədov Nizami Murad oğlu 1955-ci il aprel ayının 2-də Naxçıvan MR-nın Ordubad rayonunun Əylis kəndində anadan olmuşam. 1962-ci ilin sentyabr ayında Əylis kənd orta məktəbinin birinci sinfinə gedib, 1972-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişəm. 1972-ci ildə ak. Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitunun tarix-ədəbiyyat fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə birinci kursuna qəbul olub, 1976-cı ildə həmin institutu orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirmişəm.

1976-cı ilin oktyabr ayından 1977-ci ilin noyabr ayınadək hərbi xidmətdə olmuşam.

1978-1986-cı illərdə Naxçıvan MR-da komsomol təşkilatlarında çalışmışam. 1987-1994-cü illərdə təhsil sahəsində çalışmışam.

1994-cü ilin may ayından 1996-cı ilin noyabr ayınadək Ordubad rayon icra hakimiyyətində icra başçısının müavini, 1996-cı ilin noyabr ayından 2002-ci ilin aprel ayınadək icra başçısı vəzifəsində işləmişəm.

2010-cu ilin noyabr ayından AMEA Folklor İnstitutuna elmi işçi vəzifəsinə qəbul edilmişəm. 2011-ci ildən “ Məmməd Araz yaradıcılığında folklor motivləri” üzrə dissertant kimi çalışmağa başlamışam. 2013-cü ildə müdafiə edib, 16 aprel 2014-cü ildə AAK-ın 11- nömrəli qərarı ilə filologiya üzrə fəlsəfə doktoru adı almışam.

AMEA Folklor İnstitutu Elmi Şurasının 17 0ktyabr 2014-cü il tarixli 6 saylı qərarı ilə elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul edilmişəm. Dissertasiya mövzusu “Müstəqillik dövrü Azərbaycan şeiri və folklor” adı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Yanında AAK-ın 16 iyun 2016-cı il tarixli (protokol nömrə 15 - k) qərarı ilə mənə folklorşünaslıq ixtisası üzrə dosent elmi adı verilmişdir.

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüyəm. 10 kitab, 70-dən artıq elmi məqaləm çap olunubdur.

Ailəliyəm, üç övladım vardır.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.