Şəhid Kənan Məmmədovun Ağdaş rayonunda xatirəsi yad edilib

44 günlük Vətən müharibəsində şəhid olmuş Ağdaş rayonu Xosrov kənd sakini Məmmədov Kənan Bəhruz oğlunun ildönümü qeyd olunub. Bununla əlaqədar şəhidin doğulub-böyüdüyü və ailəsinin yaşadığı Xosrov kəndində mərasim keçirilib. Mərasimdə YAP İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov və rayon təşkilatının fəalları, icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub, döyüş yolu barədə söhbət açılıb, valideynlərinə başsağlığı verilib.

Məmmədov Kənan Bəhruz oğlu 24 aprel 1999-cu ildə Ağdaş rayonunun Xosrov kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsi zamanı təlim toplanışında olan Kənan Məmmədov döyüşlərdə iştirak etmiş, Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Oktyabrın 30-da Xosrov kənd qəbiristanlığında dəfn olunub. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...