Arxiv
29 Yanvar 2016, 17:50 | QARABAĞ
Murat Karaçanta: “Babamgilə təzyiqlər artmağa başlayıb” – MÜSAHİBƏ

-İlk öncə qeyd edim ki, Azərbaycan mənim öz vətənimdir.  Bura gəlməmişdən öncə, İzmir mədəniyyət və tanıtma şöbəsində işləmişəm. 2015-ci ilin oktyabr ayının 27-də mədəniyyət və tanıtma müşaviri vəzifəsinə təyin olunmuşam. Gəldiyim gündən bu günə qədər, bir sıra tədbirlər gerçəkləşdirmişik.

Oktyabr ayının 30-da ilin  böyük bəstəkarımız mərhum Vasif Adıgözəlovun 80 illik yubileyini qeyd etdik. Bilirsiniz ki, Vasif Adıgözəlov «Çanaqqala-1915» qəhrəmanlıq epopeyasını yazıb. Türkiyənin tanınmış sənət adamlarının iştirakı ilə böyük tədbir keçirildi. Orkestorun dirijoru bəstəkarın oğlu Yalçın Adıgözəlovun özü idi.

-Təbii. Azərbaycan mediasının Türkiyəyə olan diqqəti məni qane edir. Səfirliyimizin mətbuat müşavirliyindən izləyirəm və görürəm ki, Azərbaycan mediası Türkiyəyə böyük diqqət ayırır.  Başqa cür ola bilməz. Hər zaman dəstək görürük. Biz “bir millət, iki dövlətik.”

-Bəli, mən Azərbaycan türküyəm. Əslən Qərbi Azərbaycanın Gümrü şəhərinin Qaraçanta kəndindənik. Bəy nəslindənik.   1920-ci ildən sonra bolşeviklərin işğalından sonra babamgilə təzyiqlər artmağa başlayıb. Babamgil dörd qardaş olublar. Babam Abbasqulu bəy  bolşevikərin zülmündən canını qurtulmaq üçün, 1930-ci ildə  Türkiyənin Qars şəhərinə köçüb. 3 qardaşı burada qalıb. Hal-hazırda onların nəvə və nəticələri yaşayırlar. Türkiyədə doğulmağımıza baxmayaraq, Azərbaycan mədəniyyətini, folklorunu yaşatmışıq.  Bilirsiniz ki, qardaşım Qarsın bələdiyyə başqanıdır. Eynilə, orada bu mədəniyyəti yaşadırıq və təbliğ edirik. 

-Qarsın Azərbaycan üçün önəmi nədən ibarətdir?

-Bilirsiniz ki, Qarsda çoxlu sayda Azərbaycanlı yaşayır. Üstəlik, Qarsın bələdiyyə sədri Azərbaycan türküdür. Azərbaycanın Qarsda güclənməsi lazımdır. Ora yatırımlar qoyulmalıdır. Azərbaycan bələdiyyələri Qarsla qardaşlaşmalı və əməkdaşlıqlarını sürətləndirməlidirlər. Bildiyim qədər Mingəçevir şəhər bələdiyyəsi ilə belə qardaşlaşma  protokolu imzalanıb.

-Murat bəy, Azərbaycan və Türkiyə olaraq mədəniyyət sahəsində  hansı ortaq işləri gerçəkləşdirə bilərik?

-Yaponiya ilə ortaq etdiyimiz “Ərtoğrul 1898” filmini eynilə Azərbaycanla da həyata keçirtmək olar. Dünən bir rejissor gəlmişdi. Onunla maraqlı söhbətimiz oldu. Hesab edirəm ki, Azərbaycanın qurtuluşu ilə bağlı Nuru paşa və ya Çanaqqala tarixi ilə bağlı filmlər çəkməklə əlaqələrimizi  daha da gücləndirə bilərik.

Azərbaycanlı gənclərin Çanaqqalaya səfərini təşkil etmək olar.

Bu dəfə şəhərlərdən yox, ucqar kəndlərdə yaşayan gənclərə üstünlük veriləcək. Bu çox maraqlı layihədir. 2014-cü ildə keçirilən Türk mədəniyyət günlərini bu il keçirtmək olar. Nazirliyimizin layihəsi var. Türk yazarlarının baş dilləri çevrilməsidir.  Türk xalq oyunları ilə qrup yaratmaq istəyirik. Türkiyədən müəllim dəvət olunub, bunu tədris edə bilər.  Bunlar mənim gələcəkdə gerçəkləşdirmək istədiyim planlardır. Buna hər iki dövlətin tərəfin dəstəyi lazımdır.

Elnur Eltürk    

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Media Turk TV CANLI
Ceyhun Bayramovdan Heydər Əliyevlə bağlı PAYLAŞIM 12 Dekabr 2021, 00:55 Hikmət Hacıyevdən Fəxrəddin Altuna TƏŞƏKKÜR 12 Dekabr 2021, 00:45 “Sahibkarların ölkəyə gətirə bilmədiyi heç olmasa bir malın adını çəkin...” 12 Dekabr 2021, 00:32 Ümummilli lider Heydər Əliyevin vəfatından 18 İL ÖTÜR 12 Dekabr 2021, 00:02 Türkiyə Səfirliyindən Heydər Əliyev PAYLAŞIMI 11 Dekabr 2021, 23:47 Türkiyədə koronavirusla bağlı son vəziyyət 11 Dekabr 2021, 23:33 Polisi vurub qaçan şəxs həbs edildi 11 Dekabr 2021, 23:19 "Omicron": Qorxmaq lazımdır? 11 Dekabr 2021, 22:59 Rusiyadakı səfirlikdə Heydər Əliyev anıldı - FOTOLAR 11 Dekabr 2021, 22:44 Bakıda qadın meyiti tapıldı 11 Dekabr 2021, 22:23 “Omicron”un ilk fotosu yayıldı 11 Dekabr 2021, 22:14 Hikmət Hacıyev: "Bütün təxribatların cavabı veriləcək" 11 Dekabr 2021, 21:55 Fransadan Yunanıstana 3 milyardlıq hərbi satış 11 Dekabr 2021, 21:44 İran donanmasına 110 hərbi gəmi verildi 11 Dekabr 2021, 21:33 Dövlət katibinin köməkçisi Moskva və Kiyevə gedir 11 Dekabr 2021, 21:12 Serbiyada məcburi hərbi xidmət bərpa oluna bilər 11 Dekabr 2021, 20:47 Qasırğa 70 nəfərin həyatına son qoydu 11 Dekabr 2021, 20:32 "Apple" məhkəməyə verildi 11 Dekabr 2021, 20:18 Azərbaycan Kubokunda 1/8 mərhələsi başa çatdı 11 Dekabr 2021, 19:57 İran-Azərbaycan əlaqələri müzakirə edildi 11 Dekabr 2021, 19:40 BANM-ın müəllimi vəfat edib 11 Dekabr 2021, 19:30 Pula tüpürən Elmira Süleymanovanın qardaşı nəvəsidir 11 Dekabr 2021, 19:23 Bu ölkə avrozonaya daxil olur 11 Dekabr 2021, 19:11 Dəvələrin gözəllik yarışı 11 Dekabr 2021, 18:57 Peyvənd olunanların sayı 11 Dekabr 2021, 18:38 Koronavirus statistikası: 1117 yoluxma, 15 ölü 11 Dekabr 2021, 18:35 "Omicron" bu dəfə Tayvanda 11 Dekabr 2021, 18:27 Bilən də danışır, bilməyən də! - Media haqqında Qanun layihəsinin müzakirəsi - VİDEO 11 Dekabr 2021, 18:25 Saakaşvilini psixiatr müayinə edəcək 11 Dekabr 2021, 18:14 Koronavirus xəstəsi tutuldu 11 Dekabr 2021, 18:00 Zakir Fərəcov baş direktoru işdən ÇIXARDI 11 Dekabr 2021, 17:54 Uğurlarımızın TƏMƏLİ 11 Dekabr 2021, 17:48 Ermənistanda 8309 nəfər COVID-19-dan ölüb 11 Dekabr 2021, 17:42 Piyadanı öldürüb qaçan sürücü tapıldı 11 Dekabr 2021, 17:36 Penitensiar Xidmətlə DİN birgə əməliyyat keçirdi 11 Dekabr 2021, 17:30
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?