ELM VƏ TƏHSİL


Şah İsmayıl Xətai və Şah Təhmasibin yeni şeirləri aşkarlanıb

Bakı, 13 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasında I Şah İsmayıl Xətainin və onun oğlu I Şah Təhmasibin ana dilində yazdıqları şeirləri aşkar edib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Xətainin Ankara Milli Kitabxanasındakı əlyazma məcmuəsindən tapılmış “Şah Xətai” başlığı ilə gedən əsərləri qəzəl və qoşma janrlarında yazılıb. Onun bəzi mətbu şeirləri ilə bu əlyazmadakı şeirlər arasında fərqlər vardır. Şairin əsərlərinin gələcək nəşrlərində bu fərqlər nəzərə alınmalıdır. Birinci Şah Təhmasib ana dilindəki qəzəlində Osmanlı imperatoru Sultan Süleyman qoşunlarının 1534-cü ildə Səfəvilər dövlətinə uğursuz yürüşündən bəhs edir, rəqibin məğlubiyyətini özünün müqəddəs nəsildən olması ilə izah edir.

Maraqlıdır ki, həmin məcmuədə Sultan Süleymanın da bu şeirə nəzirə olaraq yazdığı cavabı verilib. Beləliklə, I Şah İsmayıl Xətai və I Sultan Səlim arasında olan mükaliməni onların övladları I Təhmasib və Sultan Süleyman Qanuni ana dilində müşairə formasında davam etdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.