ELM

Ramiz Mehdiyev niyə istefa verib?

© Photo : REPORTRamiz Mehdiyev
Ramiz Mehdiyev - Sputnik Azərbaycan, 1920, 14.02.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
R.Mehdiyev bu gün AMEA Rəyasət Heyətinin iclasında qərarını açıqlayacaq.
BAKI, 14 fevral - Sputnik. Akademik Ramiz Mehdiyev AMEA prezidentliyindən istefa verməsinin səbəbini açıqlayıb.
“Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyev istefa ərizəsini təqdim edib”.
Bunu APA-ya AMEA-nın vitse-prezidenti, Rəyasət Heyətinin üzvü Rasim Əliquliyev məlumat verib.
O qeyd edib ki, ərizə Rəyasət Heyəti tərəfindən qəbul olunub: “Ramiz Mehdiyev bildirib ki, sabah cənab Prezidentə ərizəsini göndərəcək. O, Akademiyanın daxilində və ətrafında yaranmış vəziyyəti nəzərə alaraq istefa verdiyini bildirib”.
"Unikal"a açıqlamasında isə Ramiz Mehdiyev deyib ki, yaşla əlaqədar bu addımı atıb: "Bundan sonra evdə oturub kitablar yazmaqla məşğul olacağam"
---------
18:06
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.
Sputnik Azərbaycan bildirir ki, bunu APA-ya Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib.
M. Mərdanov deyib ki, R.Mehdiyev bu gün AMEA Rəyasət Heyətinin iclasında istefa verəcəyini və istefa barədə ərizəsini sabah təqdim edəcəyini açıqlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0