Arxiv
1 Mart 2017, 13:58 | AKTUAL
Qüdrət Həsənquliyevin BAXCP-si necə yarandı?

Siyasi partiyaların məqsədi, məramı, ideyası onların toplaşdığı bir məkandır. Bir partiyanı ərsəyə gətirmək, onu cəmiyyətə təqdim etmək asan deyil. İşin mənəvi tərəfi kimi, maddi tərəfi də var.

 

Partiyalar, həm də vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsas təsisatlarından biridir.

Bəs Azərbaycanda siyasi partiyalar necə yaranıb və onlara adı kim qoyub?

Modern.az saytının partiyalarla bağlı budəfəki yazısında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) danışacağıq. Beləliklə, “...partiyamızdır” rubrikasında növbəti yazını təqdim edirik.

 

Qısa arayış: BAXCP 2004-cü ilin 3 aprelində yaradılıb. Partiyanın qurucusu, lideri və sədri deputat Qüdrət Həsənquliyevdir.

 

“Partiyanın parçalanmasına imkan vermək olmaz”

 

BAXCP-nin baş katibi Yaşar Kələntərli deyir ki,  partiyanın yaradılması ideyasının müəllifi Qüdrət Həsənquliyevdir:“Xatırlayırsınızsa, AXCP lideri Əbülfəz Elçibəyin sağlıığında hələ partiyada fikirayrılıqları vardı. Hətta tərəflərin biri “klassiklər”, digəri “islahatçılar” deyə adlandırılırdı. Ancaq Əbülfəz Elçibəy buna baxmayaraq AXCP-ni bir arada qorumağı bacarırdı. Nə yazıq ki, Elçibəy ağır xəstələndi və ölümünə az qalmış AXCP-nin “klassiklər” qanadı ADP-nin qərargahında toplaşaraq partiya və Elçibəyin adından bəyanatlar səsləndirdi. Həmin vaxt Qüdrət Həsənquliyev tribunaya çıxaraq “partiyanın parçalanmasına yol vermək olmaz”- deyə bildirdi. Bu çağırışa təbii ki, məhəl qoyulmadı. AXCP parçalandı”.

Yaşar Kələntərli qeyd etdi ki, Elçibəy dünyasını dəyişəndən bir müddət sonra Qüdrət Həsənquliyev parçalanmış AXCP-nin bütövlüyü uğrunda fəaliyyətini davam etdirdi:

 

“Və hər iki tərəflə danışıqlar aparararaq birləşməyi, birgə qurultaya getməyi, bu zaman kim sədr seçilərsə bu seçimə sayğı ilə yanaşacağını dönə-dönə bildirdi. Ancaq ambisiyalar bu çağırışa imkan vermədi. Buna baxmayaraq hər iki tərəfdən olan cəbhəçilər Qüdrət Həsənquliyevin çağırışına səs verdi və 2002-cilin avqustun 18-də birləşdirici qurultay çağırıldı. Qüdrət Həsənquliyev AXCP-nin sədri seçildi. Hətta Ədliyyə Nazirliyi də Qüdrət Həsənquliyevin sədrlik etdiyi partiyanı-AXCP-ni dövlət qeydiyyatına aldı. Az keçməmiş ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar, səfirliklər, müxalifət, hətta QHT rəhbərləri AXCP-nin bütövlüyünə qarşı çıxdılar və partiyanın qeydiyyatı ləğv olundu”.

Hər zaman bütövlüyü, birliyi qorumağa çalışan Qüdrət Həsənquliyev partiyanın adının Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası olmağını təklif etdi”-deyən BAXCP baş katibi vurğuladı ki,

2004-cü il aprelin 3-də BAXCP-nin qurultayı çağırıldı və qurultayda partiyanın adı yekdilliklə qəbul olundu.

 

“İkinci dəfə bütövləşmə ideyasını müəllifi Qüdrət bəydir”

 

Yaşar Kələntərlinin sözlərinə görə, bütövləşmə ideyasını Azərbaycan siyasi mühitinə Əbülfəz Elçibəy gətirib.

“Onun təşəbbüsü ilə Bütöv Azərbaycan birliyi yarandı. Ancaq Elçibəy dünyasını dəyişəndən sonra bu qurum fəliyyətsiz vəziyyətə gətirildi. Azərbaycanın bütövlüyünü Qüdrət Həsənquliyevin liderliyi ilə BAXCP olaraq 13 ildir davam etdiririk. Hazırda 65 rayon təşkilatımız var. Respublikanın əksər bölgələrini əhatə edirik. Seçki vaxtı daha aktiv oluruq. İndi isə partiyanın quruculuğu, rayonlarda konfransların keçirilməsi, bir sözlə, təşkilatlanma ilə məşğuluq. Yeni ildən bu günə qədər 16 rayon təşkilatımızda konfranslarımız keçirilib”.

 

“Maliyyəsiz fəaliyyət göstərmişik”

 

Yaşar Kələntərli deyir ki, partiya formalaşdığı illərdə könüllülük prinsipi əsasında fəaliyyət göstəriblər:

“Yəni partiyaların dövlət büdcəsindən maliyyələşməsinə qədər BAXCP ictimai əsaslarla öz işini qurub. Artıq neşə ildir ki, bizim partiyanın Milli Məclisdə təmsilçisi olduğu üşün BAXCP də dövlət tərəfindən maliyyələşən partiyalar sırasındadır”.

 

“Xanımlarla birlikdə siyasi fəaliyyətimizi davam etdiririk”

 

BAXCP-nin baş katibinin sözlərinə görə, partiyada qadınların sayı heç də az deyil:

“2004-cü ildə BAXCP formalaşanda xalq hərəkatından hər kəsin tanıdığı xanımlar var idi. Bu gün həmin xanımlar bizim sıralarımızdadır. Onlardan Yeganə Mehdibəyli partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədridir. Arzu Şirinova mətbuat xidmətinin rəhbəridir.

Yeganə Dilbazi Ali Məclisin katibidir. Xanımların sayı kifayət qədər çoxdur. Hətta bizim rayon təşkilatlarımızın bəzilərinə xanımlar rəhbərlik edir”.

 

Namidə BİNGÖL

Çin-ABŞ müharibəsi başlayır: Dünya Şokda!!!
ATƏT-dən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ 18:45, Bu gün "Qarabağ" və "Ferentsvaroş"un start heyətləri 18:40, Bu gün Terrorçuların hərbi avtomobili belə məhv edildi - VİDEO 18:37, Bu gün Magistratura üzrə yeni ixtisaslar YARADILDI 18:35, Bu gün Tibb işçilərinin maaşlarına əlavələrin müddəti UZADILDI 18:31, Bu gün Şəhid övladları üçün yay düşərgəsi - FOTOLAR 18:27, Bu gün Dolların məzənnəsi sabit qaldı 18:24, Bu gün Paşinyan təcili Təhlükəsizlik Şurasını TOPLADI 18:23, Bu gün Separatçılara ölümcül zərbə - Qisas əməliyyatı davam edir 18:22, Bu gün İlk taxıl gəmisi Livana yola düşdü 18:16, Bu gün Şahmat yığmamız Slovakiyaya qalib GƏLDİ 18:12, Bu gün Şamaxıda ağır qəza - Ölən var 18:08, Bu gün Ekologiya postunun yaxınlığındakı yaşıllıq məhv olunub? 18:04, Bu gün Azərbaycan “OPEC plus”un qərarını dəstəklədi 18:00, Bu gün Türkiyədə hərbi maşın aşdı - 10 yaralı  17:56, Bu gün Kimlər himayədar ailə ola biləcək? - ƏSAS ŞƏRTLƏR 17:52, Bu gün “Teknofest Azerbaijan”ın qalibi yeni platformanı təqdim etdi 17:48, Bu gün Erməni terrorçularının hərbi hissəsi MƏHV EDİLDİ 17:44, Bu gün Erməni tərəfi: Sərhəddə gərginlik yoxdur 17:40, Bu gün Peyvənd olunanların bugünkü SAYI 17:37, Bu gün Sutkalıq yoluxma 500-ü keçdi - Ölən yoxdur 17:34, Bu gün Ordumuzun keçirdiyi antiterror əməliyyatının VİDEOSU 17:32, Bu gün Laçından yan keçən yolun tikintisi yekunlaşır - FOTOLAR 17:28, Bu gün I qrupun rekordçusu - "Mühəndis olacağam" 17:24, Bu gün MSK yenidən TOPLAŞIR 17:20, Bu gün "Qarabağ"ın oynuna bütün biletlər satıldı 17:16, Bu gün Antiterror əməliyyatı başladı - Şəhidimizin qisası alındı 17:12, Bu gün Nazirlik işçilərinin sayı ARTIRILDI 17:08, Bu gün I qrupda ən yüksək balı bu qız toplayıb - FOTO 17:06, Bu gün Qərbi Azərbaycanla bağlı yeni təşkilat yaradıldı 17:04, Bu gün 700 bal toplayan qız: “Birinci olmaq möhtəşəm hissdir” 17:00, Bu gün Qurban Qurbanov şəhid atalarını oyuna dəvət etdi 16:57, Bu gün Bakıda qəza - Yollarda sıxlıq yarandı 16:54, Bu gün Çavuşoğlu Lavrovla görüşdü 16:50, Bu gün "Bandotdel" əməliyyat keçirdi - Saxlanılan var 16:45, Bu gün Bu il 700 bal toplayan yeganə abituriyent - FOTO 16:41, Bu gün I qrupda 28 nəfər 400 bal toplayıb 16:40, Bu gün Prezident idmançıları və məşqçiləri mükafatlandırdı 16:38, Bu gün 12 nəfərin imtahan nəticəsi ləğv olundu 16:37, Bu gün