XƏBƏRLƏR
MƏLUMAT
Musiqi əsərləri müxtəlif ölkələrdə məşhurlaşan bəstəkar İlyas Mirzəyev
ÜMÜMİ XƏBƏRLƏR
11/05/2022 02:16

İlyas Musa oğlu Mirzəyev 11 may 1961-ci ildə Bakıda, görkəmli bəstəkar Musa Mirzəyevin ailəsində dünyaya gəlib. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, Üzeyir Hacıbəyliadına Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində, professor Cövdət Hacıyevin sinfində təhsil alıb.

Əsərləri arasında caz orkestri üçün 2 pyes: “Blue, red, green”, “The flight in the dreams and reality” (1990); fleyta və piano üçün sonata (1991); 4 trombon üçün “İ.Baxın ad gününə kiçik hədiyyə” (1992); simfonik orkestr üçün musiqi (1994); Ney və simfonik orkestr üçün “Mistik simfoniya” (1999); skripka və piano üçün sonata “2000-ci il” (2000); skripka və orkestr üçün konsert-poema (2000), caz ansamblı üçün kompozisiyalar (1990–2001) var.

Hazırda Türkiyə və Almaniyada yaşayır. “Əndazədən çıxanda” (1988, animasiya filmi), “Hücum” (1989, qısametrajlı bədii film), “Dənizlə danışan adam” (2010, qısametrajlı sənədli televiziya filmi), “Ağ-qara gecələr” (2013, tammetrajlı bədii film) kimi ekran əsərlərinə musiqi bəstələyib.

Baxış sayı: 75