2021/09/samr--1632053670.jpg

line
Adı: Alışov
Soyadı: Samir
Ata adı: Cəmil
Doğum tarixi: 23.08.1997
Şəhid olub: 24.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Alışov Samir Cəmil oğlu 1997-cı il, avqust ayının 23-də Hacıqabul rayonunun Qubalı kəndində anadan olub.

Samir Alışov sentyabrın 29-da könüllü olaraq döyüşlərə qatılıb. Əsasən Füzuli rayonu istiqamətində döyüşlərdə iştirak edən Samir, oktyabr ayının 24-də Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.

Samir Alışov Prezident İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" "İgidliyə görə" medalları ilə təltif edilib.