2021/05/e740e-1622014840.jpg

line
Adı: Əlifov
Soyadı: Rüfət
Ata adı: Seyhun
Doğum tarixi: 01.01.2001
Şəhid olub: 28.09.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Rüfət Əlifovdur. Əlifov Rüfət Sehun oğlu 1 yanvar 2001-ci ildə anadan olub.



Azərbaycan Ordusunun əsgəri olan Rüfət Əlifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonun Koroğlu dağ istiqamətində gedən döyüşlərdə iştirak edib.

28.09.2020-ci ildə Göygöl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rüfət Əlifov ölümündən sonra bir sıra medallarla təltif edilib.

1.“Vətən uğrunda” medalı;
2.“Kəlbəcərin azad olunmasına görə” medalı;
3 “Vətən müharibəsi iştirakçısı” medalı.