İlahiyyatçı Hacı Şahin Həsənlinin “Xoşbəxt ailə modeli” adlı yeni kitabı nəşr olunub. Bu Hacı Şahinin sayca artəq 3-cü kitabıdır. Bu barədə fevralın 7-si din xadiminin saytında məlumat verilib.

Nəşrdə Hacı Şahin son dövrlərdə ailə institutunun dağılmasına səbəb olan faktorlar və onların çarələri barədə bəhs edir. Müəllif hesab edir ki, ailə dəyərlərinin istismarı onların inkarı ilə nəticələnməməlidir. Bunun üçün isə müasir dünyada ailə anlayışına yeni məzmun verilməlidir.

Kitab “İrşad” nəşriyyatı tərəfindən çap olunub və artıq satışa buraxılıb. Kitabı almaq istəyənlər kitab mağazalarına, həmçinin “İrşad” nəşriyyatına müraciət edə bilər.

İlahiyyatçının “Haradan başlamalı” adlı ilk kitabı 2020-ci ilin iyulun 28-də nəşr olunub. “Yaradılışın hədəfi” adlı ikinci kitab isə ötən ilin aprelin 28-i oxuculara təqdim edilib.