...

Azərbaycanda türkçülüyə xidmət etmiş şəxslərə mükafat verilib (FOTO)

Cəmiyyət Materials 17 May 2011 15:04 (UTC +04:00)
Azərbaycanda türkçülüyə xidmət etmiş ziyalılara "San yarlığı" mükafatı verilib. Trend-in məlumatına görə, çərşənbə axşamı Atatürk mərkəzində keçirilən mükafatlandırma mərasimində yazıçılar, ziyalılar və media nümayəndələri iştirak ediblər.
Azərbaycanda türkçülüyə xidmət etmiş şəxslərə mükafat verilib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda türkçülüyə xidmət etmiş ziyalılara "San yarlığı" mükafatı verilib. Trend-in məlumatına görə, çərşənbə axşamı Atatürk mərkəzində keçirilən mükafatlandırma mərasimində yazıçılar, ziyalılar və media nümayəndələri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, "San yarlığı" mükafatı 2000-ci ildə Türk Törə Ocağı tərəfindən təsis edilib və türkçülüyə xidmətlərə görə verilir. "San yarlığı" laureatları sırasında Süleyman Dəmirəl (Türkiyə), Rauf Denktaş (Şimali Kipr), Mustafa Krımoğlu (Krım) Yaqub Dəliöməroğlu (Türkiyə) Nizami Cəfərov, Firudin Cəlilov, Qənirə Paşayeva, Zərnişan Ağayeva (Azərbaycan), Omar Sultanov (Qırğızıstan) və digər adlar var. 2008-ci ildən etibarən laureatlar Türk Törə Ocağının və Beynəlxalq Mahmud Kaşğari Fondunun birgə yaratdığı mükafat komissiyası tərəfindən müəyyən edilir.

Çıxışlardan sonra laureatların mükafatlandırılmasına başlanılıb. Mükafat komissiyasının qərarına görə, bu il "San yarlığı" mükafatı müstəqilliyimizin 20 illiyi ilə əlaqədar, Azərbaycan mədəniyyətinə önəmli töhfələr vermiş ziyalılara verilib.

Mükafat yazıçı Yunus Oğuza son illərdə yazdığı tarixi romanlar silsiləsinə görə, yazıçı Vahid Məmmədliyə "Atropatena dastanı" trilogiyasına görə, yazıçı Mahirə Abdullayevaya fəlsəfi-estetik əsərlərinə görə, şair Əkbər Qoşalıya türk xalqları ədəbiyyatının yaxınlaşmasında göstərdiyi xidmətlərə görə, xeyriyyəçi Rafiq Hüseynova Azərbaycan mədəniyyətinin təbliğində göstərdiyi xidmətlərinə görə və rəssam Nəvai Məmmədoğluna rəsm sənətində qazandığı nailiyyətlərə görə verilib.

Budəfəki mükafat komissiyasına Türk Dünyası ədəbiyyat dərgiləri konqresinin baş katibi Elçin Hüseynbəyli, Türk Törə Ocağının başqanı Elxan Zal, Azərbaycanda Atatürk mərkəzinin direktoru Nizami Cəfərov, Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Dəliöməroğlu, Qırğızıstan Yazarlar Birliyinin sədri Omar Sultanov və digər şəxslər daxildirlər.

Xəbər lenti

Xəbər lenti