2021/04/Abbas-1619724774.jpg

line
Adı: Əliyev
Soyadı: Abbas
Ata adı: Salam
Doğum tarixi: 09.01.1988
Şəhid olub: 04.11.2020
Rütbəsi: Hərbi vəzifəli əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
44 gün davam edən Vətən Müharibəsinin sonunda xalqımız öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində canlarından keçən vətənpərvər oğullarımızdan biri də Abbas Əliyevdir.

Abbas Salam oğlu Əliyev 9 yanvar 1988-ci ildə Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində dünyaya göz açıb. Təhsilini Ramana qəsəbəsi 90 saylı tam orta məktəbdə alan Abbas hərbi xidmətini Naxçıvanda "N" saylı hərbi hissədə tamamlayıb. Hərbidən sonra bir müddət özəl şirkətlərdə sürücü işləyib, taksi fəaliyyətilə məşğul olub.



Abbas Vətən müharibəsində könüllü iştirak edib. Füzuli, Xocavənd, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə fərqlənib. 2 noyabrda Şuşa ətrafında gedən döyüşlərdə Xocavənd-Şuşa istiqamətində yerləşən körpünün qarşı tərəfdən təmizlənməsi zamanı mühasirəyə düşüb və açılan atəş zamanı şəhid olub. Şəhidimiz 4 noyabr 2020-ci ildə Ramana qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.



Şəhadətindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Abbas Əliyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" , “Xocavəndin azad olunmasına görə” "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.