Image

Yüklənir...

Dr. Cavid Cabbarzade
HB Güven Klinik, Atatürk prospekti 3078
+994 (50) 444-88-11

info@cabbarzade.com

© 2015-2020 Dr. Cavid Cabbarzadə

Qulaqda küy qulaq burun boğaz sahəsində xəstələri çox narahat edən və müalicəsi çətin olan patalogiyalardan biridir. Tinnitus - qulaq küyü ya da uğultu olaraq ifadə edilən bu vəziyyət xəstələrin realda olmayan səsləri bir və ya hər iki qulağında və ya kəllə boşluğunda eşitməsini ifadə etməsidir. Bəzən bu səslər xəstələri o qədər narahat edir ki, xəstələrin günlük yaşantısını və psixoloji vəziyyətlərini poza bilir. Hətta yuxu rejimlərini belə alt-üst edə bilir. Adətən, küylərin yaranmasında təhlükəli patologiyalar olmasa da eşitmə itkisi ilə bərabər olarsa bu ciddi patologiyaya işarət edə bilər. Bu səbəbdən tinnitus önəmli bir əlamətdir.

Qulaq küyü yüngül dərəcədə - sadəcə səssiz mühitdə hiss oluna bilər və ya şiddətli dərəcədə hiss oluna bilər. Həm davamlı, həm də fasiləli ola bilər. Su şırıltısı səsi, külək səsi, zəng səsi, fit səsi, milçək vızıltısı səsi, yüngül mator gurultusu səsi kimi muxtəlif səkildə xəstələr tərəfindən ifadə oluna bilər. Küyün səsi həm stabil qala, həm də baş və çənə oynağının hərəkətinə bağlı olaraq arta bilər.

Qulaq küyünün sinifləndirilməsi

1-Subyektiv küylər
Sadəcə xəstə tərəfindən hiss edilən ancaq həkim və başqaları tərəfindən eşidilməyən uğultulardır. Qulaq küylərinin çoxu bu qrupa daxildir və müalicələri olduqca mürəkkəbdir. Çünki bunların səbəblərini aşkar etmək asan deyildir. Bəzi hallarda bu qrup küylərin səbəbi üzvi dəyişiklikdən deyil, psixoloji ola bilməkdədir. Belə olduğu halda müalicə daha da çətinləşir.

2-Obyektiv küylər
Bu qrup xəstələrdə qulaqdakı küyü və ya səsləri həm xəstələr, həm də həkim və digər şəxslər tərəfindən eşidilir. Obyektiv tinnitusların səbəblərini aşkarlamaq daha asandır. Bura daha çox anevrizma kimi arterio-venoz malfarmasiyalar, yəni damar patologiyaları aiddir. Aşkar olunan əsas səbəb aradan qalxdıqdan sonra küylər də aradan qalxır.

Subyektiv tinnitus səbəbləri

Qulaq küyünün bir çox səbəbləri var. Ən sadə qulaq patologiyalarından tutmuş ən ciddilərinə qədər və ya psixoloji problemlərdə rast gəlinə bilər. Bu səbəblər iki qrupa ayrılır:

1. Qulaq patologiyalarına bağlı küylər
Xarici qulaq kiri və digər xəstəlikləri, qulaq pərdəsi deşikləri (perforasiyaları), orta qulaqda irinsiz maye yığılması (seroz otit), kəskin orta qulaq iltihabları, xronik orta qulaq iltihabları, qulaq sümükcüklərində kirəcləşmə (otoskleroz və timpanoskleroz), orta qulaq şişləri, orta qulağın xolesteatoma kimi xəstəlikləri, yaşlılıqla əlaqədər əmələ gəlmiş eşitmə itkisi, qalıcı eşitmə itkisi olan xəstələr, Menier xəstəliyi, daxili qulaq şişləri, ototoksik dərman istifadəsi nəticəsində yaranmış daxili qualq xəsarətləri, qulaq travmaları.

2. Qulağa bağlı olmayan səbəblərdən yaranmış küylər
Şəkərli diabet, hipertenziya, çənə oynağı patologiyaları, tiroid patologiyaları, baş-boyun travmaları, bəzi baş-boyun şişləri, antirevmotizmal dərmanlar, psixoloji problemlər.

Qulaq küyünün diaqnozu

Tinnitusun diaqnozu da müalicəsi kimi çətindir. Subyektiv tinnitusun diaqnozu əsas olaraq xəstənin anamnezinə əsaslanır. Xəstə qulağında küy və ya uğultu hiss edirsə bu diaqnoz üçün yetərlidir. Çünki, müayinə zamanı obyektiv şikayət əldə etməmək mümkündür. Müayinə və ya labarator testlərin nəticəsində küylərin olmasını sübut edə bilməsək belə xəstəyə sizin qulağınızda küy yoxdur deyə bilmərik. Xəstə əgər hiss edirsə deməli səbəbi daha dərindən araşdırlımalıdır. Xəstənin müayinəsində və ya labarator testlərində küyü izah edəcək göstəricilərin əldə olunması diaqnozun daha asan qoyulmasına kömək edir.

Obyektiv tinnitusların diaqnozu isə subyektiv olanlarla müqayisədə daha asandır. Çünki burda xəstənin tinnitusu həkim tərəfindən eşidilə bilər. Obyektiv tinnituslardakı labarator göstəricilər daha qabarıq özünü göstərir. Məsələn, atrio-venoz malformasiyada anjioqrafiya ilə rahatlıqla diaqnoz qoyula bilər.

Qulaq küyünün müalicəsi

Tinnitusun müalicəsi əksər hallarda, mümkün olmasa da bəzi hallarda mümkündür. Səbəbi bilinən tinnitusların müalicəsində çətinlik yoxdur. Tinnitusa səbəb olan patologiya aradan qaldırılır və xəstəlik sağalmış olur. Bunlar ancaq tinnitusların 10-15%-ni təşkil edir. Çətinlik yaradan isə səbəbi bilinməyən küylərin müalicəsidir. Bunlar isə tinnitusların 80-85%-ni təşkil edir.

Burada bəzi tədbirləri sıra ilə yoxlamaq lazımdır;

  • Xəstəyə eşitdikləri küyə çox fikir verməmələri və onları eşitməməzlikdən gəlmələri izah olunur.
  • Səssiz muhitdə daha çox hiss edilən küylərdə xəstəyə rahatlandırıcı musiqi dinləməyi tövsiyə olunur.
  • Asılılıq yaratmayan yuxu gətirici dərmanlardan yatmazdan əvvəl 1 ədəd qəbul edə bilərlər.
  • Daxili qulaq qanamasını artıran damar genişləndirici preparatlar istifadə edə bilərlər.
  • Çox şiddətli olarsa tinnitusu maskalayan eşitmə cihazı istifadə edilə bilər.