MƏDƏNİYYƏT


MƏŞƏDİ MƏHƏMMƏD BÜLBÜLÜN ŞEİRLƏR TOPLUSU NƏŞR ETDİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu XIX əsr Qarabağ ədəbi mühitində özünəməxsus yeri olan şair Məşədi Məhəmməd Bülbülün şeirlər kitabını nəşr etdirmişdir.

Kitabda şairin əlyazmalarının fotofaksimilesi və farsca qələmə aldığı şeirlərin tərcüməsi verilmişdir.

Tərtibçi və şeirlərin tərcüməçisi dosent Raqub Kərimovun yazdığı ön sözdə xatırladılır ki, şair məşhur xanəndə Cabbar Qaryağdıoğlunun böyük qardaşıdır və ilk müəllimi olmuşdur.

Toplunun elmi redaktorları filologiya elmləri doktoru Möhsün Nağısoy və Ruqiyyə Nağıyevadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.