Modern.az

Kölgədə qalan “Şəfəq” - İlk nüsxəsi tapılmayan bölgə qəzeti - SÖHBƏT

Kölgədə qalan “Şəfəq” - İlk nüsxəsi tapılmayan bölgə qəzeti - SÖHBƏT

Media

12 Avqust 2014, 11:52


Modern.az
saytı “Bölgə mətbuatı” adlı yeni layihəyə başlayır.  Layhiyənin məqsədi  paytaxtdan kənarda fəaliyyət göstərən mətbuat  orqanlarının keçmişinə nəzər salmaq,  onarın hazırkı fəaliyyəti ilə yaxından tanış olmaqdır. Bundan başqa,  bu ekskursiya ərəfəsində gördüklərimizi və eşitdiklərimizi sizlərə təqdim etməkdən böyük məmnuniyyət duyuruq.

Layihəyə Qubadan başlıyırıq. Biz Qubanı təsadüfi seçmədik.  Bildiyiniz kimi, Azərbaycanın bölgələrində mətbuat ilk dəfə məhz Qubada yaranıb. Bu barədə bizə daha dolğun məlumatları Qubada nəşr olunan qəzetin əsas müxbiri vəzifəsində çalışmış Südabə Ağabalayeva verəcək . Qeyd edək ki,  S. Ağabalayeva uzun illər Qubada nəşr olunan “Şəfəq” qəzetində çalışıb, çətin dövrlərdə qəzetin yanında olub. Hazırda “Azərbaycan”  jurnalında baş redaktor müavinidir.

“Lenin Qubaya mətbəə bağışladı”

S.Ağabalayevanın sözlərinə görə, Qubanın ilk rəsmi, həftəlik nəşr olunan mətbu orqanı “Şəfəq” qəzeti 1921-ci ilin aprel ayından fəaliyyətə başlayıb. Azərbaycanda ilk rayon mətbuat orqanı olub. Həmin dövrlərdə qəzet bir neçə səhifə həftəlik nəşr olunurdu. Qəzetin ilk adı “Əxbar” olub.  Siyasi ideologiyaya görə qəzetin adı bir neçə dəfə dəyişib. “Xəbər”, sonra “ Şəfəq” adlanıb. Hazırda “Şəfəq” adı ilə nəşr olunur. Əslində sual yarana bilər ki, niyə ilk dəfə qəzet Qubada yaranıb? Məlum olduğu kimi, Quba qəzza komitəsi kimi fəaliyyət göstərib. Komitədən Qasım İsmayılovun başçılığı ilə bir qrup nümayəndə heyəti Leninlə görüşməyə gedir, ona sovqat aparırlar. Lenin isə Qubaya mətbəə bağışlayır. Bununla da Qubada yalnız jurnalistika yox, həm də poliqrafiya sahəsində sürətli inkişaf başlıyır. Hazırkı “Şəfəq” qəzeti Azərbaycan mətbuat tarixində kifayyət qədər yaşı və yeri olan bir mətbuat orqanıdır. Hazırda həmin mətbəə Bakıdakı muzeydə saxlanılır.

“Məqsədimiz 14 min tiraja çatmaq idi, amma...”

Həmsöhbətim peşəkar jurnalistika fəaliyyətimə 1991-ci ildə elə “Şəfəq” qəzetində  başlayıb: “Həmin illərdə qəzetin nüfuzu, məhsuldarlığı və populyarlığı kifayət qədər idi. Bizim dövrümüzdə qəzet həftənin cüt günləri olmaqla həftədə 3 dəfə nəşr olunurdu. 10 min tirajla çıxırdı. Baş redaktor Nadir Xəlilov qəzetin tirajını 14 minə qaldırmağı qarşımıza məqsəd qoymuşdu. Lakin 90-ci illərin hadisləri...
1990-cı illərin hadisləri mənim üçün çox ağır idi. Jurnalistika fəaliyyətimdə ən  ağır mövzu şəhidlərlə bağlı işlədiyim idi...
Biz cəbhədən də məlumat yazırdıq, amma dövlət sirrlərini qoruyurduq.

Qubada birləşmiş mətbəə fəaliyyət göstərirdi. Bu mətbəə SSRİ Mərkəzi Komitəsinin göstərişi ilə açılmışdı. Böyük bir  poliqrafiya müəssisəsi idi. Ətraf rayonların qəzetləri də həmin müəssisədə çap olunurdu. Bu həm də başqa sahalərdə çap imkanlarını genişləndiridi. Müasir və gözəl çap strukturu var idi”.

“Necəsən, əfqan?” 

S.Ağabalayevanın fikrincə, “Şəfəq” qəzetinin mətbuat tarixində öz ənənəsi olub: “Biz oxuculara yalnız yerli xəbərləri çatırmırdıq. Çalışırdıq ki, oxucuların dünyada baş verən hadisələrdən də xəbəri olsun. Yadımdadır, Əfqanıstan baş verən hadisələrə düşünüb, “Necəsən, əfqan?” sərlövhəli yazı yazmışdım və bu çox bəyənilmişdi. Bununla yanaşı, biz həyatın elə bir sahəsi yox idi ki, ora nüfuz etməyək. Bu yalnız ideoloji sahə deyildi. Qəzetin özündə maraqlı rubrikalar var idi.  İctimai-siyasi vəziyyətin ən ağır vaxtlarında da Quba milli dövlətçilik ənənələrinə və peşəkar jurnalistika  prinsiplərinə sadiq qalıb”.

“Mərkəzdən  rayon mətbuatı kölgəli  görünür...”

Onun sözlərinə görə, mərkəzdən baxanda rayon qəzetləri kölgədə görünür: “Hesab edirəm ki, bu rayon mətbuatının günahı deyil, birbaşa mərkəzdəkilərinin günahıdır. Bizim qəzetdə jurnalistika və qəzetçiliyin, cəmiyyətimizin bu gün unudulmuş çox gözəl ənənələri var idi. Qəzetdə biz çoxlu və maraqlı rubrikalardan istifadə edə bilirdik. Sonradan onlar ənənəyə çevrildi.  “Yazılanlara qayıdırıq”, “Bir məktubun izi ilə”, “Onlar Qubadandırlar” adlı rublikalarımızla oxucu  ilə qəzetin canlı əlaqəsini, gözəl münasibətini yaradırdıq. Biz çətin vaxtlarda hətta qəzetə dəstək olmaq üçün, “Şəfəq”in dostları” adlı bir kompaniya da təşkil edirdik. Bunun yaxşı nəticəsi olurdu.

Bizim redaksiyada 20-yə yaxın işçimiz vardı. Amma bununla yanaşı,  ştatdankənar müxbirlər elə qəzetin işçisi kimi fəallıq göstərirdilər. Onlar rayonlardan kənarda fəaliyyət göstərirdilər və məlumatlar ötürüdülər. Fəaliyyətləri ilə rayonda tanınırdılar.

“Şəfəq” qəzeti sözün əsl mənasında “alovlu tribuna” idi

Quba tarixən təfəkkür və mədəniyyət mərkəzi olub. Rayonun  zəngin ənənəçilik , dövlətçilik tarixi var. Ş.Ağabalayeva deyir ki, qəzetin binasının yanında 1835-ci ildə Abbasquluağa Bakıxanovun təşəbbüsü ilə yaradılmış “Gülüstan” ədəbi birliyi fəaliyyət göstərirdi: “Bölgənin ziyalıları, söz adamları həmin ədəbi məclisdə birləşirdilər. “Şəfəq” bu gün heç bir qəzetdə olmayan sözün əsl mənasında “alovlu tribuna” rolunu həyata keçirirdi”.

“Xalqın çörəyinə dəyməyin...”

“Biz yalnız yazmaqla kifayyətlənmirdik. Əsas məqsədimiz, məsələnin həll olunması idi. Heç deməzdik ki, bizim işimiz buraya qədərdir. Məsələ həllini tapana qədər mübarizə aparırdıq və həmişə də xatırlatma edirdik. “Yazılanlara qayıdır”, “Bu barədə reyidlər etmişdik” kimi başlıqlarla diqqətimizi məsələnin həllinə yönəldirdik.  Bunu yalnız biz yox, həmçinin təsisçi  mətbu orqanı edirdi. İş strukturunda da bir məsuliyyət var idi ki, bu mövzu diqqətdədir və bu məsələyə bir daha qayıdılacaq.

Həyatın ən ağır məqamlarını biz diqqətimizdən kənarda qoymurduq. Bu gün də yadımdadır. “Qul bazarı” deyirdilər ( hərçənd bu sözü sevmirəm), müxtəlif sahədən olan savadlı-savadsız insanlar buraya gəlib iş axtarırdılar. Həmin dövrdə insanlar çörək növbəsinə dururdular. Yadımdır, yoldaşlarım işə saat 12-də bozarmış halda çatırdılar. Çox çətinlik çəkirdilər. Mən Qubadakı çörək zavodundan yazı hazırladım və adını da “Xalqın çörəyinə dəyməyin” qoydum. Yazı çox bəyənildi. Sevinirdim ki, insanlara yardım edə bilmişəm. Həmin yazıdan sonra çox müsbət dəyişikliklər olmuşdu.  Məncə, jurnalistin mükafatı qonorar yox, yazdığı yazının nəticəsini görməkdir.

Çalışırdım ki, ailə məslələri müzakirə olunub, ictimailəşdirilməsin. Bu mövzularda yazı yazmağa meyl etməmişəm. Lakin bir dəfə boşanma ilə bağlı yazı yazdım. Adını çəkmək istəmirəm, tanınmış biridir. Onun ailəsində də belə problem olub. Yazını oxuyandan sonra  oğluna demişdi ki, get ərizəni geri götür. Bu mənim üçün mükafat idi.

Təmtəraqla “Quba günləri”ni  qeyd  edirdik. Həmin gün ölkədən kənarda olan qubalıllar da bir arya gəlirdlər və Quba üçün nə edə biləcəklərini müzakirə edirdilər. Bu bir bayram şəkilində təşkil olunurdu. Biz bu ənənəni hətta 90-cı illərdən sonra da saxladıq.  



“Qubalılar abunə yazılmağı özlərinə mənəvi borc hesab edirdilər”

“Şəfəq” qəzeti 90-cı illərdə ciddi maliyyə problemi ilə qarşılaşdı. Bu gün də bu problem var. Maliyyə problemlərini aradan qaldırmaq üçün istehsal müəssisələrinin cəlb edirdik. Çalışırdıq reklamlarını yerləşdirək. Bununla yanaşı, icra hakimiyyəti də kömək olurdu. Abunə məcburi deyildi. Elə insanlar vardı ki, fərdi şəkildə abunə yazılmağı özlərinə borc bilirdilər.

“Çətinlikləri bəhanə edib mətbəəni Bakıya satdılar”

Lakin sonradan çap maşınını  hansısa marağa görə Bakıya satdılar. Bu da çətinliklərin əsasını qoydu. Bu, yalnız jurnalistikaya yox, bütövlükdə Qubanın mədəniyyətinə vurulan zərbə idi. Biz çox çətinliklər yaşadıq. Bakıda mətbəəni alan  müəsssisə ilə əlaqə saxladıq və hər gün Bakıya gəlib qəzetin texniki işi ilə məşğul olurduq. Çap olunmuş 8000 nüsxə qəzeti özümüz Qubaya aparırdıq. Çalışırdıq ki,  qəzet oxucuya vaxtında çatsın.

“Qəzetin ilk nüsxəsi tapılmadı”

Qəzetin 50 illik yubleyi respublika səviyyəsində keçirlidi. Qəzetin 1-ci nömrəsini tapmaq mümkün olmadı. Əgər o tapılsa idi  “Şəfəq” böyük mükafat alacaqdı. Hətta  Tiflisdəki arxivə də getdik. Oradan da bir şey tapılmadı.

Hazırda “Şəfəq”in baş redaktoru vəzifəsini icra edən Qəhrəman Qasımov bildirib ki, qəzetin 93 yaşı var. Onlar ənənələri davam etirməyə çalışırlar. Hazırda “Şəfəq” qəzeti Quba rayon Partiya Komitəsinin keçmiş binasında yerləşir. 8 səhifəlik həftəlik qəzet 1500 tirajla çap olunur. Lakin yenə qəzetin texniki işləri üçün Bakıya gəlməli olurlar.

Məltəm Talıbzadə

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Fransa ilə münasibətlər gərginləşir - Səfirimiz geri çağırılır?