Shafaqna-nın Azərbaycan dilində bölməsi fəaliyyətə başladı

Shafaqna-nın Azərbaycan dilində bölməsi fəaliyyətə başladı

"Çox dilli Shafaqna.com agentliyinin azərbaycanca bölməsi fəaliyyətə başlayıb."

Rasthaber Azərbaycan-a bu barədə “Shafaqna Qafqaz”ın Yazı İşləri müdiri Ramin Bayramov bildirib.

O qeyd edib ki, "Shafaqna Qafqaz"ın ilk saytı "Shafaqna Azərbaycanca" xəbərlər, müsahibələrlə yanaşı video layihələri ilə diqqət çəkəcək.

 "Qafqaz bölgəsində yaşayan xalqlar üçün “Shafaqna Qafqaz” bölməsinin yaradılması istiqamətində işlər gedirdi. Biz bu təklifi dəyərləndirdik. “Shafaqna Qafqaz”ın mərkəzi ofisi Tbilisi şəhərində qərar verildi. İlk olaraq bu bölmənin “Shafaqna Azərbaycanca” portalı fəaliyyətə başladı. “Shafaqna Qafqaz”ın Yazı İşləri müdiri vəzifəsini mənə, Video və Sosial Şəbəkə işləri üzə müdir vəzifəsi isə Emin Səmədova həvalə edildi. İlk olaraq bu agentliyin Azərbaycan və Dünyada yaşayan azərbaycanlılar üçün bölməsinin açılmasına ehtiyac olduğu üçün az.shafaqna.com fəaliyyətə başladı. Yeni Media və yeni standartlara uyğun gözəl layihələrlə izləyicilərin sevimli portallarından biri olacağına ümid edirik. Saytla əlavə sosial şəbəkə səhifələrimiz də aktiv fəaliyyətdə olacaq", - deyə Ramin Bayramov bildirib.

Rasthaber.com olaraq həmkarlarımıza uğurlar arzu edirik!

Xəbəri paylaş

VİDEOLAR