Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Azərmarka”nın “Azərpoçt”a birləşdirilməsinin səbəbi açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərmarka”nın “Azərpoçt”a birləşdirilməsinin səbəbi açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərmarka" MMC-nin nazirliyin digər şirkəti "Azərpoçt" MMC-yə birləşdirilməsinin səbəbi açıqlanıb.

Bu barədə  nazirlikdən bildirilib.

“Birləşmə “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” ölkə prezidentinin 27 aprel 2021-ci il tarixli fərmanına uyğun olaraq, o cümlədən korporativ idarəetmə prinsipləri nəzərə alınmaqla həyata keçirilir. Bu dəyişiklik nazirliyin strukturuna daxil olan və olmayan bəzi qurumların fəaliyyətinin optimallaşdırılması, səmərəliliyin artırılması və resurslardan ümumi istifadənin təmin olunması məqsədi daşıyır. Birləşmə idarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, xərclərə qənaətə imkan yaradacaq.

Dünya təcrübəsinə nəzər salsaq, əksər ölkələrdə Dövlət Poçt Ödəniş Nişanlarının nəşri və dövriyyəyə buraxılması üzrə fəaliyyəti milli poçt operatoru həyata keçirir. Azərbaycanda milli poçt operatoru rolunda “Azərpoçt” çıxış edir”, - deyə nazirlik bəyan edib.

26.07.2021 17:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ