HISTORY OF STUDY OF BRONZE AGE TUMULUS FROM AZERBAIJA


Yagil Danyalov
Summary

This article is about the structure of kurgans and burial habits. The author notes that the study of the Bronze Age kurgans in Azerbaijan was started at the end of the XIX century. Various kurgans have been discovered and excavated in different regions of Azerbaijan. Starting from the 60s of the XX century these monuments have been learned systematically.

ИЗ ИСТОРИИ ИЗУЧЕНИЯ КУРГАНОВ ЭПОХИ БРОНЗЫ
АЗЕРБАЙДЖАНА
Ягиль Данилов

Начиная с конца XIX века на территории Азербайджана началось исс¬ледование курганов бронзового периода. Но обобщающая исследовательская работа о них не велась. Начиная с 60-х годов XX века исследование курганов бронзового века расширилось. Были изучены сотни таких курганов. В то же время погребальный обряд и строительный стиль курганов также являются одной из проблем исследования.

AZƏRBAYCANIN TUNC DÖVRÜ KURQANLARININ ÖYRƏNİLMƏSİ TARİXİNDƏN
Yaqil Danyalov
(AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu)

Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar zamanı əldə olunan maddi mədəniyyət nümunələrinin böyük əksəriyyəti tunc dövrünə aid olan qəbir abidələrindən toplanmışdır. Belə qəbir abidələri içərisində kurqanlar xüsusi yer tutur. İbtidai dini təsəvvürlərin və dəfn adətlərinin məcmusunu özündə əks etdirən bu tip abidələrə Azərbaycanın əksər bölgələrində rast gəlinir. Kurqanlara ən çox Naxçıvan, Qarabağ, Quba-Xaçmaz, Muğan, Gəncə-Qazax, Lənkəran-Astara və b. ərazilərdə təsadüf edilir. Bu ərazilərdə rast gəlinən yüzlərlə kurqan abidəsinin əksəriyyəti tunc dövrü kurqanları qrupu altında birləşirlər.
Azərbaycanın tunc dövrü kurqanlarının öyrənilməsinə və qazıntısına hələ XIX əsrin sonlarından başlanılmışdır. Kurqan qazıntısını həyata keçirən ilk arxeoloqlar həvəskar arxeoloqlar olsalar da onların qazıntılarını qiymətləndirmək lazımdır.
Şuşa realni məktəbinin alman dili müəllimi E.Resler 1892-1903-cü illərdə Gəncə ətrafında və Qarabağda apardığı tədqiqatlar zamanı tunc və dəmir dövrlərinə aid bir neçə kurqan abidəsi qazıb tədqiq etmişdir. Qazıntılarının nəticələrini MAK-ın məcmuələrində və Alman Antropoloji Cəmiyyətinin hesabat-larında nəşr etdirən E.Resler öz qazıntılarının müfəssəl şərhini verməyə çalışmışdır. Lakin təəssüflər olsun ki, yerli məcmuələrdə bu qazıntıların nəticələrini tam əks etdirən hesabatlar dərc olunmamışdır (3).
Moskva Arxeoloji Cəmiyyəti adından Azərbaycanda 1896-1901-ci illərdə arxeoloji qazıntılar aparan A.A.İvanovski Qarabulaqda, Gədəbəydə, Tovuz rayonu ərazisində bir neçə tunc dövrü kurqanlarını qazıb tədqiq etmişdir. Tunc dövrü kurqanlarının böyük bir qrupunu 1903-cü ildə T.Rozendorf Gəncə şəhəri ətrafında üzə çıxarmışdır. Tədqiqatçı burada 10-dan artıq kurqan qazmış və əldə etdiyi maddi mədəniyyət nümunələrini Arxeoloji komissiyanın xəbərlərində nəşr etdirmişdir. Gəncə ətrafında kurqan abidələrinin sonrakı tədqiqi B.S.Skinderin adı ilə bağlı olmuşdur. Onun qazdığı 7 kurqanda tunc dövrünün son inkişaf mərhələlərinə aid maraqlı maddi mədəniyyət nümunələrinə rast gəlinmişdir (3, s. 12).
Azərbaycan ərazisində kurqan abidələrinin öyrənilməsinin ikinci mərhələsi 1920-1930-cu illərə təsadüf etmişdir. 1920-1934-cü illərdə görkəmli rus tədqiqatçıları İ.İ.Meşşaninov və A.A.Miller, о cümlədən, Azərbaycanın ilk milli arxeoloqları Ə.K.Ələkbərov və İ.M.Cəfərzadə tərəfindən Naxçıvan ərazisində və Qarabağın Xocalı kəndi yaxınlığında tunc və dəmir dövrlərinə aid bir necə kurqan abidəsi öyrənilmişdir. Ə.K.Ələkborov tərəfindən Naxçıvanda Şahtaxtı
adlanan yerdə qazılan kurqan öz quruluşu və əldə olunan maddi mədəniyyət nümunələri baxımından xüsusilə seçilmişdir.
Azərbaycanın tunc dövrü kurqanlarının bəziləri 1930-1940-cı illərdə həvəskar arxeoloq Y.İ.Hummel tərəfindən Göygöl, Tovuz, Şəmkir rayonları ərazisində aşkara çıxarılmışdır. Onların əksəriyyəti tunc dövrünün sonları və ilk dəmir dövrünə aid olmuşdur. Bu kurqanlarda aparılan qazıntıların geniş elmi şərhi Y.İ.Hummelin ayrı-ayrı məqalələrində və “Arxeoloji oçerklər” adlı əsərində öz əksini tapmışdır (22). Tədqiqatçının Dağlıq Qarabağda, Xankəndi yaxınlığında açdığı kurqan da az əhəmiyyətli olmamışdır. Tunc dövrünün başlanğıcına aid olan bu kurqan Azərbaycan ərazisində kurqan abidələrinin, ümumilikdə kurqanlarla bağlı dəfn mərasimlərinin xronoloji çərçivəsini dərinləşdirməyə elmi əsas vermiş olur.
Azərbaycanda kurqan abidələrinin öyrənilməsinin üçüncü mərhələsi müharibədən sonrakı illərdə mümkün olmuşdur. Bu mərhələdə Azərbaycanın ayrı-ayn bölgələrində xronoloji cəhətdən daha geniş çərçivəyə sığa bilən yüzlərcə kurqan abidəsi tədqiq olunmuşdur. Onların böyük bir qrupu Azərbaycanın tanınmış arxeoloqu S.M.Qazıyevin başçılıq etdiyi Mingəçevir arxeoloji ekspedisiyası tərəfindən qazılmış və öyrənilmişdir. 1948-1952-ci illərdə aparılmış bu tədqiqatlarda əsasən tunc dövrünə aid külli miqdarda nadir maddi mədəniyyət nümunələri əldə edilmişdir. Mingəçevirin kurqan qazıntıları öz geniş elmi şər-hini “Maddi mədəniyyət tarixi”nin I-III cildlərində, Q.M.Aslanov, R.İ.Vahidov, Q.İ.İone tərəfindən yazılmış “Qədim Mingəçevir” monoqrafiyasında və digər elmi əsərlərdə tapmışdır (19,s.60-65).
50-ci illərin sonlarında Mil düzündə görkəmli qafqazşünas alim A.A.İessenin rəhbərlik etdiyi ekspedisiya tərəfindən Üçtəpə adlı nəhəng kurqanlardan birinin qazıntısı başlamışdır. Bir neçə il davam edən bu qazıntılarla bu abidənin e.ə. III minilliyə Kür-Araz mədəniyyətinə aid olduğu müəyyən olunmuşdur.
Q.M.Aslanov tərəfindən Abşeronda açılan kurqanlar hər şeydən əvvəl öz konstruktiv quruluşu ilə seçilmişdir. Yonulmuş daşlardan tikilmiş bu kurqan abidləri bir növ yaşayış evlərini xatırlatmışdır (20, s.76-80).
Azərbaycanda kurqan abidələrinin daha geniş tədqiqi 60-70-ci illərlə bağlı olmuşdur. Bu müddətdə Abşeron və Qobustanda, Muğanda, Talışda, Xaçbulaq yaylağında, Qazax-Goncə bölgəsində onlarla kurqan abidəsi öyrənilmişdir. On-ların tədqiqi İ.M.Cəfərzadə, F.R.Mahmudov, İ.H.Nərimanov, V.Ə.Əliyev, C.R.Rüstomov, F.Muradova, H.P.Kəsəmənli, Q.S.İsmayılov, Q.M.Aslanov, R.Vahidov və başqaları tərəfindən aparılmışdır. Təkcə Xaçbulaq yaylağında е.ə.Ш-I minilliklərə aid olan onlarca kurqan abidəsi öyrənilmişdir (24,s.l50; 28,s.5). F.R.Mahmudov tərəfindən Astara rayonu ərazisində tədqiq olunan iki kurqan abidəsi bilavasitə e.ə. III minilliyə aid olmuşdur. Bunların öyrənilməsi ilə ilk tunc dövrünə aid maraqlı maddi mədəniyyət nümunələri tədqiq edilmişdir (14,s.l2). C.İ.Rüstomov və F.M.Muradova tərəfindən Qobustanda üzə çıxa¬rılan və qazılan kurqanlarda elmi nöqteyi nəzərindən böyük əhəmiyyət kəsb edən məsələlər öz əksini tapmışdır. Ümumiyyətlə, burada tunc dövrünün ayrı-ayrı inkişaf mərhələlərinə aid otuzdan artıq kurqan qazılmışdır (15, s.25-42).
1980-1986-cı illərdə arxeoloji tədqiqatların gedişində Tartar rayonu ərazisindəki Borsunlu nekropolunda 30-dan artıq kurqan abidəsi qazılaraq tədqiq
Edilmişdir. (H.F.Cofərov). Bu kurqanlar tunc dövrünün müxtəlif mərhələlərini
özündə əks etdirirlər (5, s. 127).
Kurqan abidələrinin tədqiqindəki on son mərhələ 90-cı illərin sonları və 2000-ci illərin əvvəllərini əhatə edir. Bu dövrdə Azərbaycanın əksər ərazilərində о cümlədən Qazax-Gəncə, Qarabağ, Muğan, Talış, Şəki-Zaqatala, Qəbələ,
Abşeron, Quba-Xaçmaz, Naxçıvan MK-sı və s. ərazilərdə kurqan qazıntısı həyata keçirilmişdir. H.F.Cəfərov (5;6;25;26), İ.Əliyev (18), T.R.Əliyev (8;9), N.O.Müseyibli (16;30;31), A.Əbkbərov (7), S.H.Aşurov (1;2), M.M.Hüseynov (11;12) və s. Tədqiqatçılar tərəfindən tədqiq olunan bu kurqanlar Azərbaycan arxeologiyasının on son uğurlu nailiyyətləri sayıla bilər.
Kurqanların bəziləri 2000-ci illərin əvvəllərində BTC və CQBK boru kəmərləri marşrutundakı arxeoloji abidələrin tədqiqi proqramına əsasən qazılmışdır. Şəmkir rayonu ərazisindəki Keçili (N.Ə.Müseyibli), Zəyəmçay kurqanları (S.H.Aşurov, A.M.Ağalarzadə), Goranboy rayonu ərazisindəki Borsunlu kurqanı (Q.O.Qoşqarlı, N.Ə.Müseyibli, S.H.Aşurov), Ağstafa rayonu ərazisindəki Həsənsu, Soyuqbulaq (N.Ə.Müseyibli) kurqanları və s. bu proqramın uğurlu nailiyyətlərindən olmuşdur.
Son illərdə Naxçıvan MR-sı ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı onlarla kurqan abidəsi öyrənilmişdir. Bu kurqan abidələrinin tədqiqi və öyrənilməsi nəticəsində yeni faktlar üzə çıxarılmışdır. 2003-cü ildə Şərur ar¬xeoloji ekspedisiyasının (S.H.Aşurov, V.Baxşoliyev) Maxta kəndi yaxınlığındakı Qarabulaq kurqanında apardığı qazıntılarda Kür-Araz mədəniyyəti üçün xarakterik olan maddi mədəniyyət nümunələri tapılmışdır. Qarabulaqda hələ 1998-1990-cı illərdə tədqiq olunmuş və son tunc-ilk dəmir dövrünə aid edilən kurqan tipli qəbirlərin birində at skeleti təmizlənmişdi. Şərur düzündəki bütün həmdövr qəbir abidələrində olduğu kimi Qarabulaq kurqanında da insan skeletinə rast gəlinməmişdir (2, s.22-24). Şərur arxeoloji ekspedisiyasının 2008-ci il çöl tədqiqatları mövsümündə növbəti tədqiqat obyekti Arpaçayın sağ sahilində, Qız qalasının yerləşdiyi dağın yamacında qeydə alınmış Dizə kurqanları oldu. Burada 3 kurqan qeydə alınmışdır. Dizə kurqanları Naxçıvan ərazisində indiyədək tədqiq olunmuş həmdövr abidələrindən fərqlənmir və onu ilkin tədqiqatlardan sonra e.ə. III minilliyin sonu II minilliyin başlanğıcına aid etmək mümkündür (1, s.31 -32)
Xaraba-Gilan arxeoloji ekspedisiyasının (B.İbrahimli, H.Q.Qədirzadə) Plovdağda apardığı qazıntılar zamanı kurqanlar aşkar olunmuşdur. Qazıntı sahəsinin şimal-qərb hissəsində aşkar edilmiş kurqanların demək olar ki, hamı¬sının kamerası yerüstüdür. Qeyd etmək lazımdır ki, Plovdağ nekropolunun şimal tərəfində yerin təki daş qatlarından ibarət olduğundan burada yaşayış yerinə aid mədəni təbəqə çox nazikdir və bəzi yerlərdə yaşayış yerinə aid tikililər birbaşa kurqanların altında aşkar olunur (13, s.55-60).
Qarabağın arxeoloji abidələrinin öyrənilməsində Mil-Qarabağ arxeoloji ekspedisiyasının (T.R.Əliycv, F.İ.Babaycv) mühüm rolu olmuşdur. Müəyyən fasilədən sonra fəaliyyəti bərpa olunan Mil-Qarabağ arxeoloji ekspedisiyasının III dəstəsi 2006-2007-ci illərdə Ağcabədi, Bərdə vo Ağdam rayonlarında ar¬xeoloji tədqiqatlar aparmışdır. Ağcabədi rayonundakı Hindarx kurqanları, Salmanboyli kəndi yaxınlığındakı Üçtəpə kurqanları nəzərdən keçirilmişdir (8, s.43-44). Erməni işğalı altındakı abidələrimizin əksəriyyəti vəhşicəsinə dağıdılmışdır. Sərhədyanı bölgələrdəki abidələr isə baxımsızlıqdan dağılmaq təhlükəsi qarşısındadır. Bordo rayonu ərazisindəki Durnalı, Nayıblı, Şahvəllər, Sultanbud kurqanlarının saxlanılma və mühafizə vəziyyəti qənaətbəxşdir (5,s.l26).
Gədəbəy rayonu ərazisindəki kurqanların tədqiqi son illərdə əhəmiyyətli dərəcədə artmışdır. Qalakənd, Xar-Xar, Söyüdlü və s. Kəndlərdəki son tunc-ilk dəmir dövrünə aid kurqanlar əsasən daş və daş qarışıq torpaq örtüyündən ibarətdir. Tədqiqatçı T.Əliyev bu kurqanları e.ə. XI-VIII əsrlərə aid edir (9, s.49-50).
Goranboy rayonunun kurqan abidələrinin tədqiqində son illərdə böyük nailiyyətlər əldə edilmişdir. 2006-2008-ci illərdə Goranboy arxeoloji ekspedisiyası rayon ərazisində ilk tunc dövrü kurqanında qazıntılar aparmışdır. Kurqanın altından sərdabə tipli qəbir aşkar edilmişdir (12, s.53-55). M.M.Hüseynovun rəhbərliyi ilə həyata keçirilən ekspedisiyada (ekspedisiyanın işində Ş.N.Nəcəfov və Y.M.Danyalov da iştirak etmişlər) rayon ərazisində və Naftalan şəhəri ətrafında tunc dövrünün müxtəlif mərhələlərinə aid onlarla kurqan abidəsi aşkar olunmuşdur. Goranboy rayonunun Safıkürd kəndi ərazisində qazıntısı aparılan son tunc dövrü kurqanında (M.M.Hüseynov, A.M.Ağalarzadə) da maraqlı tapıntılar aşkar edilmişdir (11, s.36-39). Rayonun İlanlıtəpə adlanan əra¬zisində kurqanlar aşkar edilmişdir (B.M.Cəlilov, A.S.Ələsgərov). Bu kurqan-ların əksəriyyəti son tunc-ilk dəmir dövrünə aiddir. Bundan başqa Göygöl ra¬yonu ərazisində Aşıqlı, Hacıməlik, Çaylı, Pənahlılar, Dozular, Topalhəsənli, Şəhriyar, Zurnabad, Üçtəpə, Bəhrambəy və s. kəndlərin ərazisində arxeoloji kəşfiyyat işləri nəticəsində 50-dən artıq kurqan qeydiyyata alınmışdır (4, s.41-44).
Şəmkir rayonu ərazisindəki orta tunc dövrünə aid Qaracəmirli kurqanları da avadanlığa və dəfn adətinin xüsusiyyətlərinə görə seçilir (23). Rayon ərazi¬sindəki kurqanlar əsasən Zəyəmçayın və Şəmkirçayın orta axarında yerləşirlər. Zəyəmçay hövzəsindəki kurqanlar hələ XIX əsrin sonlarından başlayaraq öyrənilməkdədir (32). Şəmkir kurqanları əsasən tunc dövrünün axırları üçün səciyyəvidir (10, s.221-223). 1976-1979-cu illərdə Şəmkir SES-in tikintisi ilə əlaqə¬dar olaraq ərazidə arxeoloji qazıntılar aparılmış (H.P.Kəsəmənli, H.F.Cəfərov, Q.Aslanov) və ekspedisiyanın tədqiqatlarında ilk tunc dövrü kurqanlarında aparılan qazıntılar xüsusi yer tutmuşdur. “Osman bozu” deyilən yerdə tədqiq edilmiş daş və torpaq örtüklü kurqanların üçü ilk tunc dövrünə, biri isə son tunc-ilk dəmir dövrünə aid olmuşdur (6, s.l 12-116).
Cənub-Şərqi Azərbaycanda, xüsusilə də Talış bölgəsində son illərin axtarışları zamanı onlarla kurqan abidəsi öyrənilmişdir. 2008-ci ilin çöl tədqiqatları mövsümündə Cəlilabad arxeoloji dəstəsi (A.Əbkbərov) tərəfindən Uzuntəpə adlanan yerdə üç ədəd tunc dövrü kurqanı tədqiq edilmişdir (7, s. 123).
Kurqan qazıntısının aparıldığı maraqlı bölgələrdən biri də respublikamızın Şəki-Zaqatala, Oğuz-Qəbələ və Qax-Balakən bölgəsidir. Son illərdə bu ərazilərdə aparılan tədqiqatlarda tunc dövrünə aid yeni kurqan abidələri qeydə alınmışdır. Qax rayonunun Qabanlı-Sarıca-Minbərək kurqanlar düzündə kurqanlar qazılmışdır. Şəki rayonunda tunc dövrünə aid Kərimli və Fazil Təpədaşı kurqanlarında tədqiqatlar aparılmışdır. Əldə edilən arxeoloji materialların oxşar-larına Naxçıvan, Urmiya, Cənubi Azərbaycan, Mesapotamiya, Anadolu, Şimali Qafqaz və s. abidələrdə rast gəlinmişdir (17, s.33-35;21,s.l06).
Bebliklə, Azərbaycanın müxtəlif bölgələrində XIX əsrin sonundan başlayaraq tədqiq olunan kurqanlarda tunc dövrünün müxtəlif mərhələlərinə aid külli miqdarda maddi mədəniyyət nümunələri aşkar olunmuş, dəfn adətləri öyrənilmiş, kurqanların quruluşu haqqında maraqlı faktlar toplanmışdır.

ƏDƏBİYYAT
1. Aşurov S., Baxşəliyev V. Şərurda arxeoloji qazıntılar / Azərbaycanda arxeoloji tədqiqatlar-2008. (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu). Bakı, 2008.
2. Aşurov S.H. Qarabulaq ilk tunc dövrü kurqanı / 2003-2004-cü illərdə aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunlarına həsr olunmuş elmi sessiyanın materialları. Bakı, 2005.
3 I^ünyadov T.Ə. Azərbaycan arxeologiyası oçerkləri.Bakı, 1980.
4. Cəlilov В., Ələsgərov A. Goranboy və Göygöl rayonları orazisində aparılan arxeoloji tədqiqatlar / Azərbaycanda arxeoloji tədqiqatlar-2008. (AMEA Arxcologiya və Etnoqrafıya İnstitutu). Bakı, 2008.
5. Cəforov H.F. Tərtər-Bərdə-Ağdam rayonlarına arxeoloji səfər haqqında / Azərbaycanda arxeoloji tədqiqatlar-2008. (AMEA Arxeologiya və Etnoqrafiya institutu). Bakı, 2008.
6. Cəfərov H.F. Şəmkirin qədim arxeoloji abidələri (1974-1979-cu illərin arxeoloji tədqiqatlarının nəticələri) /Şəmkir: arxeoloji irsi, tarixi VI əsr memarlığı. Birinci respublika elmi-praktik konfransı: Materiallar. 28-29 noyabr 2007, Şəmkir. Bakı, 2008.
7. Ələkbərov A. Cəlilabadda arxeoloji kəşfiyyat işləri / Azərbaycanda arxeoloji tədqiqatlar 2008. (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu). Bakı, 2008.
8. Əliyev T.R., Babayev F.f. Mil-Qarabağ bölgəsində 2007-ci ildə aparılan arxeoloji kəşfiyyat işləri 2006-2007-ci illərdə Azərbaycanda aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunları. Bakı, 2007.
9. Əliyev T.R. Gədəbəy rayonundakı arxeoloji abidələrin dövrləşməsinə dair 2006-2007-ci illərdə Azərbaycanda aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunları. Bakı, 2007.
10. Göyüşova T.N. XX əsrin sonlarında və XX əsrin əvvəllərində Şəmkir rayonu ərazisində aparılan arxeoloji qazıntılar / Şəmkir: arxeoloji irsi, tarixi VƏ memarlığı. Birinci respublika elmi-praktik konfransı: Materiallar. 28-29 noyabr 2007, Şəmkir. Bakı, 2008.
11. Hüseynov M.M., Ağalarzadə A.M. Goranboy arxeoloji ekspedisiyasının apardığı qazıntıların nəticələrinə dair / Azərbaycanda arxeoloji tədqiqatlar 2008. (AMEA Arxeologiya və Etnoqrafiya institutu). Bakı, 2008.
12. Hüseynov M.M. Goranboy arxeoloji ekspedisiyasının 2006-ci ildə rayon ərazisində apardığı arxeoloji tədqiqatların yekunları barədə 2006-2007-ci illərdə Azərbaycanda aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunları. Bakı, 2007.
13. İbrahimli В., Qədirzadə H.Q.Plovdağda arxeoloji qazıntılar / Azərbaycanda arxeoloji tədqiqatlar-2008. (AMEA Arxeologiya və Etnoqrafiya institutu). Bakı,
2008.
14. Mahmudov F.R. Astara rayonundakı ilk tunc dövrünün kurqanları haqqında. AMM. X. Baki,1987.
15. Muradova P.M. Qobustan tunc dövründə. Baki, 1979.
16. Müseyibli N.Ə. Şəmkir rayonu ərazisində BTC marşurutunun 332,7 kmdə qazılmış Şəmkirçay kurqanlarının qazıntısının hesabatı. Azərbaycan-Bakı, 2008.
17. Muxtarov N., Bədələva İ. Kərimli kurqanları / Azorbaycanda arxeoloji tədqiqatlar-2008. (AMEA Arxeologiya və Etnoqrafiya institutu). Baki, 2008.
18. Алиев И. К хронологии курганов Абшерона /Международная научная конференция «Археология, этнология, фолклористика Кавказа». Мате¬риалы. Баку, 2005.
19. Асланов Г.М., Ваидов Г.И., Ионе Г.И. Древний Мингечаур. Баку, 1959.
20. Асланов Г.М. Курганы Абшерона/Известия АН Азербайджана. 1984, 1.
21. Гасанова A.M. Аналитическое исследование металлических изделий эпохи средней бронзы, обнаруженных при раскопках курганных захоронений в ущелье Минберек Гахского района /2006-2007-ci illordo Azorbaycanda aparılmış arxeoloji vo etnoqrafık tədqiqatların yekunları. Baki, 2007.
22. Гуммель Я.И. Археологические очерки. Баку, 1940.
23. Гусейнова М.А., Алиев И.И. Среднебронзовые курганы с. Гараджамирли Шамкирского района Азербайджана /Azərbaycan arxeologiyası vo etnoqra-fıyası, №1,2006. Bakı,2006.
24. Джафарзаде И.М. Хачбулагская археологическая экспедиция 1960 года. МИА, VIII, Баку, 1976.
25. Джафаров Г.Ф. Курган правителя древного Карабаха. Azorbaycan arxeologi-yası və etnoqrafiyası, 2007, 2.
26. Джафаров Г.Ф. О некоторых видах конского снаряжения из кургана пле¬менного вождя Сарычобан /Археология, этнология, фольклористика Кавказа. Международная научная конференция. Тбилиси, 2007.
27. Исмаилзаде Г.С. Азербайджан в системе раннебронзовой культурной общности Кавказа. Баку, 2008.
28. Кесаманлы Г.П. Культура племен северо-восточных склонов Малого Кавказа эпохи бронзы и раннего железа . Баку, 1988.
29. Махмудов Ф.Р. Культура Юго-Восточного Азербайджана в эпоху бронзы и раннего железа. Баку, 2008.
30. Мусеибли Н.А., Данялов Я.М. Курган Гасансу эпохи средней бронзы / Археология, этнология, фольклористика Кавказа. Международная научная конференция. Тбилиси, 2007.
31. Мусеибли Н.А. Курганы Шамкирчая эпохи ранней бронзы / Кавказ: Археология и этнология. Международная научная конференция 11-12 сентября. Материалы. Азербайджан,2008, Шамкир; Баку, 2009.
32. Наджафов III.П. Курганы Зсямчайского бассейна периода поздней бронзы-раннего железа / Кавказ: Археология и этнология. Международная научная конференция 11-12 сентября. Материалы. Азербайджан,2008, Шамкир; Баку, 2009,
33. Сеидов А. Памятники Нахаджира эпохи средней бронзы / Археология, этнология, фольклористика Кавказа. Международная научная конференция. Тбилиси, 2007.

Comments (2)

WebmasterJune 10th, 2010 at 19:34

Hello! Please e-mail me your contacts. I have a question webmaster@spottovo.ru” rel=”nofollow”>……

Thank you!!!…

adwork-000July 21st, 2010 at 11:08

adwork-000…

очень интересный материал вот тута http://worldwarez.net/, смотрите, не пожалеете…

Leave a comment

Your comment