Arxiv
12 mart 2018, 12:54 | HADİSƏ
Prezidentliyə namizədliyini irəli sürən daha bir nəfər geri çəkildi  

Bu gündən aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi üçün ayrılmış vaxt başa çatır.

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev və "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.


Lakin prezidentliyə namizədliyini irəli sürən bir neçə şəxsdən hələ də xəbər yoxdur.

Maraqlıdır, onlar artıq sənədlərini MSK-ya təhvil veribmi?


Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Modern.az-a
açıqlamasında deyib ki, yarım saat bundan əvvəl nümayəndələr imza vərəqləri ilə birlikdə sənədləri Mərkəzi Seçki Komissiyasına təhvil veriblər:

 “Qeyd edim ki, imzaların toplanma kampaniyasını iki gün bundan qabaq yekunlaşdırmışıq. MSK sənədlərimizi qəbul edib arayış verərsə, sənədləri təhvil vermiş sayılırıq. Bundan sonra namizədliyimin təsdiq edilməsini gözləyəcəyik. Lakin MSK-nın sənədləri qəbul etməsi sadə prosedur deyil”.


AĞ Partiya başqanı Tural Abbaslı
bildirib ki, sənədlərdə müəyyən problem yaranıb:

“Biz imzaları hardasa 4 gün bundan qabaq toplayıb bitirmişik. İmzalarla birlikdə lazimi sənədləri şənbə günü  MSK-ya təhvil vermişik.  Sadəcə olaraq bank sənədlərində anlaşılmazlıq olmuşdu.  Tarixlərlə bağlı bank hesabatları verilməli idi. MSK-dan bizə bildirdilər ki, sənədlər düzəldilməlidi.

Təəssüf ki, şənbə və bazar günü banklar bağlı olduğu üçün bunu edə bilmədik. Bu gün artıq bankdan lazimi sənədləri götürüb yəqin ki, yaxın yarım saat ərzində imza vərəqələri ilə birlikdə bütün sənədləri yenidən MSK-ya təhvil verəcəyik”.


Hüquqşünas  Anar Umudovun
sözlərinə görə, sənədlərin təhvili mümkün olmayacaq:

“Bu gün biz topladığımız imzaları hesabladıq. Lakin tələb olunan imzaların sayını toplaya bilməmişik. Hardasa imzaların yarısının toplanmasına nail olmuşuq. Bu baxımdan gün sonuna kimi sənədlərimizi MSK-ya təqdim edə bilməyəcəyik. Biz 60 dairəni əhatə etməliydik, amma təqribən 45-ə yaxın dairələri əhatə edə bildik. Təəssüf ki, tələb olunan imzaları toplaya bilmədik”.

Anar Umudov həmçinin deyib ki, növbədənkənar prezident seçkilərində heç kimi dəstəkləmək fikri yoxdur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Liverpul” ardıcıl qələbə sayını 12-yə çatdırdı 12 Yanvar 2020, 00:51 Azərbaycan güləşçiləri daha 6 medal qazandı 12 Yanvar 2020, 00:29 Hövsanda Pakistan vətəndaşı azərbaycanlı arvadını bıçaqlayıb 12 Yanvar 2020, 00:12 Ukrayna qəzada  ölənlərin ailələrinə maddi yardım göstərəcək 11 Yanvar 2020, 23:43 Tanımadığı qadının yol pulunu verən məktəbli milyonçu oldu 11 Yanvar 2020, 23:22 Qəçrəşdə istirahət mərkəzi yandı 11 Yanvar 2020, 23:04 Ermənistanda “donuz qripi”ndən ölüm halı qeydə alınıb 11 Yanvar 2020, 22:43 Ruhani Ukrayna prezidentindən üzr istədi 11 Yanvar 2020, 22:19 Ölənlərin əksəriyyəti İranda dəfn olunacaq 11 Yanvar 2020, 22:01 Bakıda iki avtomobil toqquşub: xəsarət alanlar var 11 Yanvar 2020, 21:40 Baş redaktorun deputatlığa namizədliyi qeydə alındı 11 Yanvar 2020, 21:16 “SEPAH utan, ölkəni rahat burax!” - Tehranda etirazlar başladı - VİDEO 11 Yanvar 2020, 21:07 Kürdəmirdə itkin düşən şəxsin meyiti tapılıb 11 Yanvar 2020, 20:52 Əfqanıstandakı partlayışda iki ABŞ əsgəri öldü 11 Yanvar 2020, 20:33 Bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə yekun vuruldu 11 Yanvar 2020, 20:20 Türkiyədə zəlzələ oldu 11 Yanvar 2020, 20:02 Ağcabədidə intihara cəhdin qarşısı alınıb 11 Yanvar 2020, 18:16 Deputatlığa namizədlərin sayı 934-ə çatdı 11 Yanvar 2020, 17:57 Daha bir jurnalistin deputatlığa namizədliyi qeydə alındı 11 Yanvar 2020, 17:48 Məhkəmə Nərmini qətlə yetirən şəxslə bağlı qərar verdi 11 Yanvar 2020, 17:38 Azərbaycan OPEC qarşısındakı öhdəliyini tam yerinə yetirib 11 Yanvar 2020, 17:19 MSK sədri: Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər ciddi araşdırılıb 11 Yanvar 2020, 17:10 Ən çox və ən az deputatlığa namizəd irəli sürülən seçki DAİRƏLƏRİ 11 Yanvar 2020, 17:01 Avtobusda tapılan pul və qızıl sahibinə qaytarıldı 11 Yanvar 2020, 16:53 Məzahir Pənahov DSK-nın qərarını ləğv etdi 11 Yanvar 2020, 16:44 Nazirlikdən Nərminin qətli ilə bağlı - Xəbərdarlıq 11 Yanvar 2020, 16:36 Azərbaycan dünyanın 80 “Ən yaxşı ölkəsi" arasında 11 Yanvar 2020, 16:22 YAP-çılar Bakıya toplaşdı - Əli Əhmədov vacib tapşırıqlar verdi 11 Yanvar 2020, 16:13 İsa Qəmbərin rəqibləri 11 Yanvar 2020, 16:05 Bakıda 16 yaşlı qızı avtomobillə vurub öldürən şəxs hakim qarşısında 11 Yanvar 2020, 15:58 “Twitter” Xamneyinin hesabını bağladı 11 Yanvar 2020, 15:50 "ASAN" xidmətdə ölüm hadisəsi - FOTO 11 Yanvar 2020, 15:44 Bakıda dələduzluq edən şəxs saxlanılıb 11 Yanvar 2020, 15:30 UNEC-də qış imtahan sessiyası ilə bağlı “Açıq qapı” günü keçirilib - FOTO 11 Yanvar 2020, 15:23 Sürücülərin nəzərinə: “Bibiheybət yolu”nda dəyişiklik edildi 11 Yanvar 2020, 15:15
SORĞU Yeni parlamentdə kimlər olsun?