Ötən ilin mayında ailə quran Sevda Ələkbərzadə boşandı

Əməkdar artist Sevda Ələkbərzadə ötən gün mətbuata boşanması ilə bağlı xəbərləri təkzib etsə də, sonradan məlumatı təsdiqləyib. Sənətçi 1news.az saytına boşanmasına səbəb olan amilin başqa-başqa ölkələrdə yaşamaq olduğunu deyib:

“Kamiyarla biz anladıq ki, yüz kilometrlərlə məsafədə olan Azərbaycan və Amerikada yaşamağa son qoymaq üçün boşanmalıyıq. Mən hər şeyi Bakıda buraxaraq onun yanına, o da hər şeyi buraxıb Azərbaycana mənim yanıma gələ bilməzdi. Boşanmaq qərarı qarşılıqlı şəkildə qəbul edilib. Hazırda Kamiyarla yaxşı münasibətlərimiz var, biz dostuq”.

S.Ələkbərzadə sevginin gözünün kor olduğunu xatırlayaraq, “Sevəndə çox şeyi görmürsən. Bizdə də belə idi. Düşünürdüm ki, elə bir an gələcək bizim üçün hər şey çətin olacaq, lakin sonra hər şey keçib gedəcək” – əlavə edib:

“Daha sonra anladım ki, heç nə keçmir, situasiya daha da çətinləşir. Münasibətlərimizdə problem böyük, çoxkilometrlik ayrılıq oldu. Heç nə üçün təəssüf etmirəm. Bu mənim seçimim idi. Mən Kamiyarla çoxlu gözəl günlər yaşadım, amma artıq bitdi, boşandıq”.

Qeyd edək ki, əməkdar artistin boşanması ilə bağlı xəbər Qafqazinfo saytında getmişdi. Lakin Sevda Ələkbərzadə Gün.Az-a açıqlamasında xəbəri təkzib etmişdi. Müğənni ailə həyatındakı dəyişikliyi böyük səylə mətbuatdan gizli saxlayırdı. Kamiyar isə sosial şəbəkədə toy və Sevda Ələkbərzadə ilə birlikdə olduğu bütün fotoları silib. Hətta iş adamı müğənninin anasının yas mərasiminə gəlməmişdi.

Xatırladaq ki, Sevda və Kamiyar cütlüyü 2014-cü ilin may ayında ailə həyatı qurmuşdu. Cənubi Azərbaycandan olan iş adamı Sevda Ələkbərzadə ilə Türkiyədə tanış olmuşdu.

Sevda və onun bacısı Elmira Ələkbərzadə caz, xalq musiqisi və muğam janrlarında ifa edirlər. Onlar yazıçı Əbülhəsən Ələkbərzadənin nəvələri və yazıçı Çingiz Ələkbərzadənin qızlarıdır. S.Ələkbərzadə 1993-cü ildə Rast qrupunda solist-ifaçı kimi fəaliyyətə başlayıb.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir