Ermənistanda kişilərin ölkədən çıxışına qadağa qoyuldu

2020/09/22866-1601316732.jpg
Oxunub: 328     22:01     28 Sentyabr 2020    
Ermənistanda 18 yaşdan 55 yaşınadək kişilər ölkəni yalnız ərazi hərbi komissarlıqlarının yazılı icazəsi ilə tərk edə bilərlər.

Ordu.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Mülki Aviasiya Komitəsindən məlumat verilib.

“Ermənistan hökuməti tərəfindən 27 sentyabr 2020-ci il tarixdə qəbul edilmiş 1585N qərara uyğun olaraq 55 yaşdan aşağı şəxslər üçün çağırış elan edilib. 18 yaş ilə 55 yaş arasındakı kişilərin ölkədən çıxmasına yalnız ərazi hərbi komissarlıqlarının yazılı icazəsi ilə razılıq verilir”, - deyə məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Böhran