AZƏRBAYCAN MUZEYLƏRİ

close

Qala Əntiq Əşyalar Muzeyi

Reytinq /5

Qala Əntiq Əşyalar Muzeyi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2011-ci ildə mühəndis, bərpaçı, xeyriyyəçi, Qarabağ müharibəsi əlili, “Azərbaycan bayrağı” ordenli Şahid Həbibullayevin topladığı şəxsi kolleksiya əsasında yaradılmışdır.

Uzun illər ərzində yığılmış zəngin kolleksiya hazırda 3000-ə yaxın maddi-mədəniyyət nümunələrini əhatə edir. Onun əsasını təşkil edən Azərbaycan ustalarının yaratdığı əntiq əşyalar dəfələrlə beynəlxalq sərgilərdə, o cümlədən Paris, London, Vaşinqton, Berlin, Moskva, Qahirə, Rabad, Bişkek, Daşkənd və digər şəhərlərdə nümayiş etdirilmiş və hər zaman böyük maraqla qarşılanmışdır.

Bu muzeyində unikal toplunun yalnız 800 eksponatı nümayiş etdirilir. Muzeyin 1-ci və 2-ci mərtəbələrində əsasən Azərbaycan xalqının əsrlər boyu yaratdığı müxtəlif dekorativ-tətbiqi sənət inciləri sərgilənir.

(+994 12) 459-14-37

(II – VII) 10:00 – 18:00

Ünvan

Bakı, Xəzər rayonu, Sülh küçəsi 83

Tədbirlər